Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ İYRƏNC RƏQABƏT ÜSULU

HAKİMİYYƏT İÇİNDƏ İYRƏNC RƏQABƏT ÜSULU


6-06-2012, 11:56
HAKİMİYYƏT İÇİNDƏ İYRƏNC RƏQABƏT ÜSULU

SƏFƏR ƏBİYEVİN RƏQİBLƏRİ ŞƏHİDLƏRİMİZİN RUHUNA SAYĞISIZLIQ EDİR

DİA.AZ: - Məlum olduğu kimi, son iki gündə düşmən Ermənistanla cəbhə xəttində gərginlik yaşanmaqdadır. Bir neçə dəfə Azərbaycanın şanlı ordusunun nəzarətində olan ərazilərə hücum edən erməni dığalarının bu niyyətlərinin qarşısı alınıb. Təbii ki, bu müharibədir və döyüşdür və bu zaman itkilər də verə bilərik.

Amma kimlərsə, son iki gündə verdiyimiz şəhidlərimizin ruhuna sayğısızlıq nümayiş etdirərək bunu daxili alver predmetinə çevirməyə cəhdlər edirlər. Bu barədə DİA.AZ-a daxil olan məlumatlar da dediklərimizi təsdiqləyir. Hər halda, nə qədər üzücü olsa da, bu xəbər həm də bəzi məmurların mahiyyətini də ortaya qoymaqdadır.

Mötəbər mənbənin redaksiyamıza ötürdüyü informasiyaya görə, cəbhə xəttindən üzücü xəbərlərin gəlməsinin ardından Prezident Administrasiyasının çox yüksək çinli məmurlarından biri (onun adı dəfələrlə mətbuatda Müdafiə Naziri Səfər Əbiyevə qarşı gedən fiqur kimi səciyyələndirilib -red.) özünə yaxın şəxslərdən birinin araçılığı ilə bir neçə redaksiyaya «fürsətdir, Səfər Əbiyevi şəhid qanında boğun» təlimatını yollayıb.

Mənbənin söylədikləri: «Təbii ki, nə Müdafiə Nazirliyinin rəhbərliyi, nə də hansısa bir Azərbaycan vətəndaşı istəməz ki, itkilərimiz olsun. Amma övladın ana vətəni uğrunda canını fəda etməsinin faciə kimi təqdim olunması nə qədər qorxuncdursa, əslində qəhrəmanlığın təcəssümü olan bu olaydan sui-istifadə daha betər bir iyrənclikdir».

Mənbəmiz onu da əlavə etdi ki, artıq bu məsələ ilə bağlı MN rəhbərliyinin prezidentə müraciəti də gözlənilir: «Hər halda, nə qədər çağdaş dönəmdə olsaq da, bu kimi hadisələrdə həm xalqın milli ruhunun qorunması naminə və həm də qeyd olunan sui-istifadələrin baş verməməsi üçün verilən xəbərlərin nəzarət altına alınmasına ehtiyac var. Bunun isə qanuniləşməsi, yəni bu səbəbdən hüquqi bazanın yaradılması vacibdir».


Geri qayıt