Əsas Səhifə > Güney Press / Manşet > İSGƏNDƏR HƏMİDOVDAN SƏRT AÇIQLAMALAR

İSGƏNDƏR HƏMİDOVDAN SƏRT AÇIQLAMALAR


5-06-2012, 16:46
İSGƏNDƏR HƏMİDOVDAN SƏRT AÇIQLAMALAR

KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ ƏLİ HƏSƏNOVA CAVAB VERDİ

DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov QHT-lərin qarşısında hələ də unudulmayan bir çıxış etdi və həmin çıxışında müxtəlif mövzulara toxunan PA rəsmisinin özü də çıxışındakı yanlışları anladığından В«mən dediyim sözlərin məsuliyyətini dərk edirəmВ» şəklində sonlucunu etsə də, hələ də onun fikirlərinə müxtəlif ünvanlardan reaksiyalar gəlməkdədir.

DİA.AZ-a bu barədə açıqlama verən keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov da narahatçılığını ifadə edərək, Əli Həsənovun buraxdığı yanlışların məsuliyyətinin hakimiyyətin üzərində olduğunu bildirdi: В«Əli Həsənov içində çoxdandır gizlətdiyi regionçuluğunu üzə çıxarıb. O, deyir ki, müxalifət qarabağlılardan ibarətdir. Bəli, bu gün Qarabağ işğal olunduğundan bütün müxalifət qarabağlıdır. Əli Həsənov bu fikrini sırf regionçuluq baxımından söyləyir. Amma mən bir qarabağlı olaraq bildirirəm ki, bu gün Əli Kərimli də, Pənah Hüseyn də, Arif Hacılı da, Sülhəddin Əkbər də, digər müxalifətdə olanlar da qarabağlıdır. Bizim üçün В«qarabağlıВ» deyəndə region anlaşılmır, Qarabağ itgisini paylaşmaq başa düşülürВ».

Daha sonra PA rəsmisinin müxalifətin etiraz aksiyalarına çıxan qadınlara ağır ifadələr işlətməsinə münasibət bildirən keçmiş daxili işlər naziri bildirdi ki, belə bir ittiham ona sovet dövrünü xatırlatdı: В«SSRİ vaxtı Milli Azadlıq Hərəkatında iştirak edən ana və bacılarımıza sovet В«KQBВ»-si və o dövrün kommunist hakimiyyəti çox pis ifadələrlə həqarət yağdırırdı, ora toplaşanları narkoman adlandırırdı. İndi də eyni proses gedir və Əli Həsənov hələ də sovet təfəkküründən uzağa gedə bilməyib. Həmin aksiyada - İTV-nin qarşısında keçirilən mitinqdə döyülənlər arasında hörmət etdiyim müsavatçı Tofiq Yaqublunun qızları da iştirak edib. Onlar bizim də qızlarımızdır və onlar digərlərindən fərqli olaraq vətən və millət anlayışını dərk edərək, hamımızın rifahı üçün meydana çıxıblar. Əli Həsənov nədən onları meydana çıxaran səbəbləri araşdırmır və nədən həqiqətən də mitinqlərdə qadınlarımıza qarşı kobudluq edən polislərin cəzalandırılmasını tələb etmir?В»

Daha sonra İran məsələsilə bağlı Əi Həsənovun sərt danışıqlarının əslində günahkarın öz ayıbını ört-basdır etmə cəhdi kimi dəyərləndirən keçmiş nazirimiz onu da bildirdi ki, bu hakimiyyət keçən il Əli Həsənovu İrana danışıqlar üçün göndərmişdi: В«Əli Həsənov isə İranda gedib boynunu bükdü və heç nə dəyişmədi. Bakıda İranın əleyhinə bu cür sərt fikirləri deməkdənsə, Tehranda fars mollaların üzünə bu sözləri deməli idi. Axı, onun əlində belə bir imkanı var idi»…


Geri qayıt