Əsas Səhifə > Güney Press / Manşet > QUBA YENİDƏN QARIŞDI: AKSİYAYA CƏHD OLUB

QUBA YENİDƏN QARIŞDI: AKSİYAYA CƏHD OLUB


5-06-2012, 14:36
QUBA YENİDƏN QARIŞDI: AKSİYAYA CƏHD OLUB

NARAZI SAKİNLƏR DEPUTAT VAHİD ƏHMƏDOVU GERİ ÇAĞIRDILAR

DİA.AZ: - Bu gün səhər saatlarında Quba rayon icra hakimiyyətinin qarşısında bir qrup sakin etiraz aksiyası keçirməyə cəhd edib. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən ötürülən informasiyada bildirilir ki, aksiyaçılar 1 mart tarixində baş verən hadisələrlə əlaqədar həbs edilmiş həmyerlilərinə azadlıq tələbini irəli sürüblər.

Xatırladaq ki, 1 mart 2012-ci il tarixində Qubada kütləvi etiraz aksiyası keçirildi. Aksiya zamanı icra hakimiyyətinin binasına zərər vuran narazı qubalılar sonradan həmin dövrdəki icra başçısı Rauf Həbibovun villasına da od vurdular. Bildirək ki, elə qubalıları meydana çıxmağa vadar edən də Rauf Həbibovun internet vasitəsilə yayılan çıxışındakı məqamlar idi. Həmin yayılan çıxışdan belə aydın olurdu ki, icra başçısı qubalıları В«nankorВ» adlandırır. Lakin sonradan məlum oldu ki, Rauf Həbibovun fikri konteksdən çıxarılıb və o, tamam fərqli mənada bu ifadələri işlədib.

Amma olan-oldu və Rauf Həbibov narazı qubalıların qızışdırılması fonundə devrildi. Və nəticədə bu işi araşdıran hüquq-mühafizə orqanları Qubada kütləvi həbslər həyata keçirdilər.

Bu gün isə qubalıların öz həbs olunmuş həmyerlilərinin azadlığı üçün etiraz aksiyasına əl atdıqları söylənilir. Məlumatı verən Quba sakinlərindən birinin sözlərinə görə, onlar eyni zamanda deputat Vahid Əhmədovun da geri çağrılmasını tələb edirlər:

В«Vahid Əhmədov söz vermişdi ki, Qubadan kimsə həbs olunmayacaq. Amma o, sözünün üstündə dayanmadı. Biz ona inanmışdıq. O, isə etimadımızı doğrultmadı. Bu gün də qubalılardan açır. Amma cavağ verməlidirВ».

Onu da bildirək ki, Qubanın yerli icra hakimiyyətindən hansısa aksiyanın olmadığı israrla bildirilib. Bu barədə redaksiyamıza anonim şəkildə açıqlama verən Quba rayon İH-nin əməkdaşlarından biri bildirdi ki, yalnız beş-on nəfər gəlmişdi və onlar sadəcə olaraq, tutulanların nə zaman azad olunacaqları ilə bağlı məlumat almaq istəyiblər və heç bir etiraz aksiyası olmayıb.


Geri qayıt