Əsas Səhifə > Siyasət, Manşet > NAZİRDƏN PREZİDENTƏ «DONOS» ÖTÜRÜLÜB

NAZİRDƏN PREZİDENTƏ «DONOS» ÖTÜRÜLÜB


5-06-2012, 13:26
NAZİRDƏN PREZİDENTƏ «DONOS» ÖTÜRÜLÜB

AZAD RƏHİMOVUN RƏQİBLƏRİ ONU QISA MÜDDƏTDƏ DEVİRMƏYİ DÜŞÜNÜR

DİA.AZ: - Gənclər və İdman Naziri Azad Rəhimovun başı dərddədir. Bu barədə redaksiyamızın əldə etdiyi məlumatlardan qənaət yaranır. Belə ki, mötəbər mənbələrin DİA.AZ-a ötürdüyü xəbərdə də vurğulanır ki, Azad Rəhimovla bağlı ölkənin bir neçə iqtidaryönlü nüfuzlu təşkilatı adından prezident İlham Əliyevə gizli müraciət göndərilib.

Məlumatı verən qaynağın iddialarına görə, gənclər təşkilatlarını narahat edən məsələ maliyyə ilə bağlıdır: «Həmin təşkilatların hansılar olduğunu dəqiqləşdirmək mümkün olmasa da, müraciətdə nazirin gənclərlə bağlı siyasətə büdcədən ayrılan vəsaitlərin bölüşdürülməsində ədalətsizliyə yol verdiyi xüsuspi olaraq vurğulanır və bildirilir ki, başda Azad Rəhimov olmaqla, GİN-in yüksək ranqlı bir neçə əməkdaşı (onların arasında nazir müavinlərindən birinin də adı var -red.) dövlətin gənclərlə bağlı fəaliyyətə ayırdığı vəsaiti mənimsəmələ məşğuldurlar».

Kokret olaraq nazirin və onun yaxın çevrəsinin korrupsiyada ittiham olunduğu həmin müraciətin artıq prezidentə göndərildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, əslində bu işin arxasında maraqlı olan qüvvələr var: «Neçə müddətdir ki, Azad Rəhimovun devrilməsi üçün çalışanlar var. Onlar müxtəlif yollarla öz iyyətlərinə çatmaq istəyirlər. Bu işdə xüsusi olaraq fəallıq edəni isə deputatlardan biridir. Nazir postunda gözü olan həmin deputata isə əsas dəstəyi Prezident Administrasiyası verir».

Məlumatlara görə, artıq bu barədə Azad Rəhimovun özünün də məlumatı var: «Amma nazir hansısa qabaqlayıcı addımı atmaq fikrində deyil. Çünki onun hakim elita ilə çox yaxşı münasibətləri var və ona görə də inanmır ki, rəqibləri onu devirməyə müvəffəq olsunlar».

Onu da bildirək ki, Azad Rəhimova qarşı əsas olaraq hərəkətə keçən şəxslərdən birinin bu günlərdə hətta Ramiz Mehdiyevin qəbulunda olması barədə də məlumatlar yayılıb. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt