Əsas Səhifə > Siyasət, Manşet > TOTAL KADR İSLAHATLARINA START VERİLİR
TOTAL KADR İSLAHATLARINA START VERİLİR5-06-2012, 12:07 |
HAKİMİYYƏT DAXİLİ ÜMUMİ QAYDALARI POZANLARA CƏZA TƏTBİQ EDƏCƏK DİA.AZ: - «Hakimiyyət yeni kadr islahatlarına hazırlaşır. Bu islahatlar geniş miqyaslı olacaq və cəza xarakteri daşıyır». Bu sözləri DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə ötürüb. Mənbənin bildirdiklərinə görə, bir sıra məmurların davranış qaydaları, «vahid komandanlığa» tabeçilik göstərmələrində ciddi problemlər yaratmaları yuxarıların diqqətindən yayınmayıb: «Söhbət «Avroviziya» yarışmasına tədarük dövründə cərəyan edən olaylardan gedir». Belə ki, yarışma ilə bağlı hazırlıqlar zamanı konkret olaraq iki yüksəkçinli məmurun və bir neçə icra başçısının qoyulan öhdəliklərə dırnaqarası yanaşması heç də nəzərdən qaçmayıb. Və bu səbəbdən yaxın günlərdə iqtidar düşərgəsi öz daxilində cəza maşınını işə salmağa hazırlaşır. Onu da bildirək ki, bu arada bir başqa mənbədən aldığımız məlumatda Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov yaxın günlərdə vəzifəsindən azad edilə biləcəyi haqda da xəbərlər almışıq. Qeyd olunur ki, rayon sakinlərinin icra başçısının əməlləri ilə bağlı ölkə prezidenti İlham Əliyevə göndərdiyi çoxsaylı şikayət məktublarından sonra Ramiz Cəbrayılovun fəaliyyəti ciddi şəkildə yoxlanılıb. Mənbə bildirir ki, yoxlama zamanı sakinlərin ortaya qoyduğu faktlar öz təsdiqini tapıb. Bu səbəbdən də onun yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılması istisna deyil. Məlumat üçün bildirək ki, Ramiz Cəbrayılov Laçın rayon Məşğulluq İdarəsinin rəisi və DSK-nın sədri fəzifələrində çılışıb. Onu da qeyd edək ki, Ramiz Cəbrayılovla yanaşı, Bakının Xətai və Nərimanov rayonlarının və eləcə də, Xaçmaz və Tovuzun da icra başçıları vəzifələrindən azad ediləcək. Geri qayıt |