Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOVU HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİR

KƏRƏM HƏSƏNOVU HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİR


5-06-2012, 12:05
KƏRƏM HƏSƏNOVU HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİR

KOMİTƏ SƏDRİNƏ QARŞI 500 MİN MANATLIQ RÜŞVƏT İTTİHAMI SƏSLƏNDİRİLİR

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun durumunun acınacaqlı olması barədə dəfələrlə məlumat vermişik. İndi isə komitə sədrini başını ağrıdacaq çox ciddi faktlar redaksiyamıza daxil olub.

Onu da xatırladaq ki, buna qədər dəfələrlə Kərəm Həsənovun adı korrupsiyada ittiham olunub və hətta iki il əvvəl komitə sədrinin yol verdiyi yeyinti məhkəmə qərarı ilə də təsbit olunmuşdu. Belə ki, Səbail rayon məhkəməsi (hakim Nurəddin Bağırov) 11 iyul 2011-ci il tarixli qərardadla Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.4-cü maddəsinə əsasən 200 manat cərimə etmişdi. Bildirək ki, buna səbəb İdarənin onda olan sübutları üzürlü səbəblər olmadan məhkəmyə verməkdən imtina etməsidir.

DİA.AZ-a daxil olan məlumata görə, vətəndaşlardan biri xüsusi mülkiyyətində olmuş, Bakı şəhərinin İstiqlaliyyət küçəsində yerləşən qeyri-yaşayış sahəsini qanunsuz mənimsəmiş şəxslərdən geri almaq üçün Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə üç aydır ki, Əmlak Məsələləri Dövlət Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən qeyri-yaşayış sahəsi barədə hüquqi arayış və onlarda olan qeydiyyat sənədlərinin və digər zəruri yazılı sübutların təsdiq edilmiş surətlərinin verilməsini dəfələrlə tələb edib. Komitə və İdarə isə məhkəmənin müraciətlərinə əhəmiyyyət vermir. Məcbur qalan məhkəmə 13 iyunda sübutların hər iki dövlət orqanından məcburi qaydada götürülməsi barədə qərardad çıxarıb və onlara 10 gün vaxt verib. Bu dəfə də qərardad icrasız qalıb. Komitə və Bakı Ərazi İdarəsi məhkəmənin qərardadına icra əvəzinə susmaqla cavab verməyi üstüt tutub.

Bundan sonra məhkəmə Bakı Ərazi İdarəsini 200 manat cərimə etməklə sübutları götürməyə nail olmağa, məhkəməyə daxil olandan bəri hərəkətsiz qalan mülki işi, nəhayət öz nüfuzunu xilas etməyə çalışıb. Növbədə təsirkar vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri barədə məhkəmənin prokurora xəbər verilməsinə dair qərardad çıxarılması məsələsidir.

Onu da bildirək ki, artıq bu məsələ korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının da diqqətini cəlb edib. Bu barədə məlumatı verən mənbə iddia edir ki, əslində Kərəm Həsənovun iki il əvvəlki canfəşanlığı anlaşılan idi: «Hələ də Səbayel məhkəməsi bu işi araşdırmaqdadır. Hətta məhkəməyə Kərəm Həsənov tərəfindən dəfələrlə təzyiqlər edilib. Və bundan sonra məhkəmə birbaşa olaraq komitə sədrinin adının da hallandığı bir korrupsiya əməlini araşdırmaqdansa, işi qeyri-müəyyən vaxta qədər ertələməyə üstünlük verib».

Bundan sonra məsələnin daha yuxarı instansiyalarda qaldırıldığını bildirən mənbəmiz onu da vurğuladı ki, vəziyyəti dəyərləndirən Kərəm Həsənovun rəqibləri də boş durmayaraq, komitə sədri üçün çox ciddi problem olan bu olayın araşdırılması üçün haqqı tapdanan vətəndaşı korrupsiyaya qarşı mübarizə idarəsinə yönləndiriblər və hətta bu işin araşdırılmasının təşkilinə də nail olublar.

Əldə konkret dəlillərin və eyni zamanda 500 min manatlıq rüşvət faktını sübutlayan sənədlərin olduğunu bildirən mənbəmiz vurğulayır ki, əgər bu baş verərsə, nəinki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hansısa işçiləri, elə Kərəm Həsənovun özü də həbs oluna bilər.


Geri qayıt