Əsas Səhifə > Güney Press / Manşet > VİLYAM HACIYEV İMİŞLİDƏ BAZAR AÇIB
VİLYAM HACIYEV İMİŞLİDƏ BAZAR AÇIB4-06-2012, 17:15 |
![]() İCRA BAŞÇISI HEYDƏR ƏLİYEV PARKINI NECƏ В«TƏMİZLƏDİВ»? DİA.AZ: - Hələ Samux rayonunə rəhbərlik etdiyi zamanlarda özünün baməzə əməlləri ilə diqqətə gələn Vilyam Hacıyev indi də İmişlidə oxşar fəaliyyətini davam etdirir. Xatırladaq ki, hakimiyyətin əsas söyüş ruporlarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğmaca əmisi oğlu Vilyam Hacıyev yeganə icra başçısıdır ki, hər kəsin gözü qarşısında prezidenti belə aldağmağa cəsarət edib. Belə ki, Bəylər Əyyubova güvəndiyi söylənilən Vilyam Hacıyev Samuxa başçılıq etdiyi zaman sözügedən rayona səfər etmiş prezident İlham Əliyevə el arasında В«Mosu kişinin çayxanasıВ» kimi tanınan obyekti yeni inşa olunmuş В«Şahmat EviВ» kimi təqdim edərək lentini kəsdirib. Və bu olay mətbuat səhifələrində davamlı olaraq xatırlansa da, kimsə bununla bağlı Vilyam Hacıyevi sorğu-sual belə etməyib. İndi isə Vilyam Hacıyevin İmişlidə eyni prosesi həyata keçirdiyi söylənilir. Bu barədə DİA.AZ-a məlumat verən rayondakı qaynaqlar bildirir ki, Vilyam Hacıyev rayondakı Heydər Əliyev parkında obyektlərə qarşı hücuma keçib və nəticədə həmin parkın ərazisində fəaliyyət göstərən üç restorandan ikisini bağlayıb. Mənbəmiz bildirir ki, əslində Vilyam Hacıyev hər üç restoranı bağlatmaq niyyətində olub. Sadəcə olaraq 3-cü restoranın В«Azərbaycan XörəkləriВ» kafesinin sahibəsi Aysa Manafova bir qədər çevik tərpənərək Vilyam Hacıyevə 32 min manatlıq maşın hədiyyə edib: В«BMW markalı maşını hədiyyə alan icra başçısı bundan sonra Heydər Əliyev parkının В«təmizlənməsiВ» işini yarımçıq buraxıbВ». Onu da bildirək ki, İmişlidən aldığımız məlumat təkcə bu deyil. Rayondakı qaynaqların sözlərinə görə, Samuxda olduğu kimi İmişlidə də yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olan Vilyam Hacıyev sahibkarın qarşısında В«rayonun bütün yollarını öz hesabına asfaltlamalısanВ» şəklində tələb də qoyub. Xatırladaq ki, Vilyam Hacıyev eyni qaydada Samux Asfalt Beton Zavodunun müdiri Nəsrulla Nəzərovu da fırladaraq, ona hələ də 491 min manat borclu qalıb ki, iş müxtəlif məhkəmə instansiyalarında В«var-gəl etməkdədirВ». İimişlidəki mənbəmiz isə bildirir ki, bu rayonun asfalt zavodunun müdirini basqı altında saxlayan Vilyam Hacıyev nəhayətdə sahibkarı ürək xəstəsinə çevirib: В«İş adamı Türkiyədə müalicə alıb, yenicə olaraq rayona qayıdıb. Amma icra başçısı yenə də eyni tələblə sahibkarı küncə sıxışdırmaqdadırВ». Onu da bildirək ki, redaksiyamıza İmişli ilə bağlı əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir və yaxın günlərdə sizi yeni bilgilərlə tanış edəcəyik. Bizi izləyin… Geri qayıt |