Əsas Səhifə > Güney Press / Manşet > HƏRBİ KOMİSSARLIQ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA
HƏRBİ KOMİSSARLIQ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA4-06-2012, 14:22 |
![]() CƏBHƏ BÖLGƏSİNDƏ BAŞ VERƏN BİABIRÇILIQLAR DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin fevral ayında YAP iqtidarı korrupsiyaya qarşı mübarizənin özünün yürütdüyü siyasətdə prioritet xətt kimi təqdim etsə də, sonradan bunun bur kampaniya olduğu məlum oldu. Bunu həm də həyata keçirilən antikorrupsiya tədbirlərinin irimiqyaslı, həmçinin fasiləli şəkildə cərəyan etməsindən də görmək olar. Qeyd edək ki, həbsə alınanlar arasında hərbi komissarlar lap çoxdur. Bu da təsadüfi deyildir. Bu sahədə korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi daha vacibdir və torpaqlarının 20 faizindən çoxu işğal altında olan Azərbaycan üçün həm də strateji əhəmiyyət daşıyır. Axı belə neqativ hallar gənclərin vətənpərvərlik duyğularına mənfi təsir göstərir. Hərbi komissarın (В«Hərbi xidmətə çağırış və səfərbərlik qeydiyyatı idarəsi rəisinin) tələb etdiyi qədər rüşvəti verə bilməyən: övladını В«komissovatВ» etdirməyi, yaxud, düşmən snayperindən uzaq, В«salamatВ» bölgələrdən birinə yola salmağa müvəffəq olmayan valideynə elə gəlir ki, övladı əgər düşmən gülləsinə tuş gələrsə, Vətən uğrunda deyil, varlının oğlunun əvəzinə qurban gedəcək. Təbii ki, belə bir stereotipin oturuşması insanların vətənpərvərlik ruhunu sarsıdır, ədalət prinsiplərinin pozulması barədə fikir formalaşdırır, işğal altında olan ərazilərimizin geri qaytarılacağına ümidləri azaldır. Söz yox ki, belə bir mənfi tendensiyanın qarşısının alınması üçün vaxtilə hərbi komissarlıqlar kimi tanınan qurumlarda - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon, şəhər (şəhərlərdə rayon) şöbələrində monitorinqlərin davam etdirilməsi, rüşvətxorluğa qarşı sərt tədbirlərin həyata keçirilməsi zəruridir. Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin fəaliyyətinin də nəzarət altına alınması vacibdir. Ağdamın (rayonun işğal olunmamış hissəsinin) cəbhə bölgəsi olması bu zərurəti şərtləndirən amillərdən biri olsa da, birinci deyildir. Məsələ burasındadır ki, buna qədər başqa rayonların hərbi komissarlıqlarının fəaliyyətində rast gəlinən neqativ hallar Ağdam rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunmuşdur. İndiyədək başqa rayonların hərbi komissarlarının öz vəzifələrini icra edərkən yol verdikləri nöqsanlar Ağdamda həmin vəzifəni daşıyan Namiq Osmanov üçün də xarakterikdir. Son aylarda aparılan müşahidələr göstərir ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru irəliləyiş olmayıb. Pozuntulara ələlxüsus hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinməkdədir. Məlum olduğu kimi üç uşağı olan atalar və 35 yaşına yetişən kişilər hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da gərəkən yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxtı В«udmağaВ» çalışır və çox vaxt buna nail olurlar. Əlbəttə ki, belələrinin В«qazandıqları uğurlarВ»da В«hərbi komissarlıqlarınВ» vəzifəli şəxslərinin В«yolgöstərənlikВ» xidmətlərinin əhəmiyyətli rolu olur. DİA.AZ-a rayondakı qaynaqlardan daxil olan məlimatda bildirilir ki, Ağdam В«hərbi komissarlığınınВ» hesabatlarında В«üç uşağı olan kimiВ» və ya В«lazımiВ» yaş həddinə yetişmək ərəfəsində üzə çıxan, rus demişkən, В«bez pyati minutВ» (beş dəqiqəsi kəm - az.) В«vətənpərvərlərinВ» sayı, statistikası o qədər nəzərəçarpan olmuşdur ki, məsələ artıq rayon rəhbərliyinin də diqqətini çəkmişdir. Möhlət qazananların möhlət dövrü ərzində təkcə xəstəlikdən əziyyət çəkmədiklərini, təkcə uşaq dünyaya gətirməklə məşğul olmadıqlarını, məsələn, Rusiyada həbsdə olduqlarını da təsdiqləyən təfərrüatların ortaya çıxması isə narahatlıq doğurmaya bilməz. Belə narahatlıqdan qurtulmaq istiqamətində atılması gərəkən növbəti addım Namiq Osmanovun xidmətindən imtina etməkdir. Eyni iradları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin rəisi Arif bəyə də şamil etmək olar. Hərçənd, bu növbəti məqalələrimizin mövzusu olacaq. Geri qayıt |