Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOVUN KORRUPSİYA AYIBI

ZİYA MƏMMƏDOVUN KORRUPSİYA AYIBI


4-06-2012, 13:29
ZİYA MƏMMƏDOVUN KORRUPSİYA AYIBI

KİLOMETRİ 1 MİLYON OLAN YOLDA ARMATURDAN İSTİFADƏ OLUNMAYIB

DİA.AZ: - Bir neçə il əvvəl istifadəyə verilən və Azərbaycanın ən bahalı yolu hesab edilən Bakı-Quba yolunun çökməsinin səbəbi məlum oldu. Aparılan araşdırma zamanı məlum olub ki, yolun çökməsinə səbəb beton yolun tikintisində yol verilən ciddi nöqsanlar olub. DİA.AZ-a daxil olan məlumata görə, layihəyə əsasən beton yolun tikintisində davamlılıq üçün armatur karkasların istifadəsi nəzərdə tutulsa da, nəqliyyat naziri Ziya Məmmədov və “AKKORD” Şirkətlər Qrupunun rəhbəri bu metoddan imtina edib.

Prosesə xeyli vəsaitin sərf ediləcəyini düşünən hər iki şəxs razılaşma əsasında armatur karkaslardan istifadə etməyib və beton yol adi sıxılmış çınqıl qatının üstündən çəkilib. Buna görə də yol bir neçə ildən sonra yararsız vəziyyətə salınıb. Bir neçə gün öncə yüksək rütbəli məmurlardan biri həmin yolla hərəkət edərkən beton yolun çökərək yararsız vəziyyətə düşdüyünün şahidi olub və bununla bağlı Ziya Məmmədova ciddi irad bildirib. Problemin tezliklə həll ediləcəyinə söz verən Ziya Məmmədov dərhal yolda təmir işlərinə başlanmasına göstəriş verib .

Məlumata görə, Ziya Məmmədovun tapşırığı ilə yolda təmir işlərinə start verilib. Artıq yolun çökən hissələri armatur karkaslarla yenidən tikilməyə başlanıb. Tikinti işlərinə ən çox çökən hissədən, Bakı-Quba yolunun Xızı rayonu ərazisindən başlanıb. Deyilənə görə, yolun yararsız hala düşməsi barədə yuxarılara məlumat çatması nəqliyyat naziri Ziya Məmmədovu çıxılmaz vəziyyətə salıb. Vəzifəsini və azadlığını itirməkdən qorxuya düşən nazir işi ört-basdır etməkdən ötrü bütün imkanlarından istifadə etməyə başlayıb.

Geri qayıt