Əsas Səhifə > Hadisə > MƏRKƏZİ KLİNİKADA ŞOK OLAY

MƏRKƏZİ KLİNİKADA ŞOK OLAY


4-06-2012, 13:01
MƏRKƏZİ KLİNİKADA ŞOK OLAY

OĞLU ÖLƏN ŞƏRURLU ÖZÜNÜ GÜROV GÖTÜRDÜ

Son dəqqiqə aldığımız xəbərə görə, Respublika Mərkəzi Klinikasının qarşısında Şərur sakini Oruc Salahov intihar etmək istəyir.

Hadisə yerində olan əməkdaşımız Elşən Balaxanılının verdiyi məlumata görə, O.Salahovun özünə qəsd etmək istəməsinə səbəb xəstəxanada ölən oğlunu aparmaq üçün təcili yardım maşınının verilməməsi olub.

Psixoloji sarsıntı keçirən Şərur sakini yolu bağlayaraq şüşə kəsiyini boğazına dirəyərək canına qəsd etmək istəyib. Əraziyə polis çağrılıb. Hadisəni çəkən əməkdaşımız Elşən Balaxanılı polis tərəfindən saxlanılaraq polisə şöbəsinə aparılıb. Özünü öldürməklə hədələyən O.Salahov daha sonra "İctimai" kanalın qarşısına gedərək onlardan bu olayı çəkməyi tələb edib. O, azad mətbuata çağırışlar edərək, onun faciəsinə diqqət yetirməyi, rüşvətxor və səriştsiz həkimləri ifşa etməyi tələb edib. Salahov deyib ki, onun 1 milyon dollarını əlindən alsaydılar, təəssüflənməzdi. ancaq azyaşlı oğlunun ölümünə, həkimlərin laqeydliyinə, haqsızlığa tablaşa bilmir.

Ətrafa yığışanların. polislərin dilə tutmasından sonra biçarə atanı sakitləşdirmək, kəsici vasitəni onun əlindən almaq mümkün olub. /musavat /


Geri qayıt