Əsas Səhifə > Gündəm, Manşet > BAYIL… «AVROVİZİYA»DAN SONRA… - REPLİKA

BAYIL… «AVROVİZİYA»DAN SONRA… - REPLİKA


2-06-2012, 11:37
BAYIL… «AVROVİZİYA»DAN SONRA… - REPLİKA

KÜÇƏLƏR ZİBİLLƏ DOLU, ZİBİL QUTULARINI İSƏ BOŞALDAN YOXDUR

DİA.AZ: - Bəli, «Avroviziya-2012» mahnı müsabiqəsini geridə qoyduq. Buna ən çox sevinənlər isə yarışmanın keçirildiyi ərazidə - Bayıl qəsəbəsində məskunlaşanlardır. Yox, bu o demək deyil ki, Bayıl camaatı qonaqpərvər deyil. Əksinə. O qədər qonaqpərvərdirlər ki, hələ də möhtəşəm AVROPA MƏDƏNİYYƏTİ ilə tərbiyələnmiş turistlərin küçələrə səpələdikləri boş pivə butulkılarını təpikləyə-təpikləyə küçə ilə hərəkət edirlər.

Hansısa xarici ölkədə olanlarımız yaxşı bilirdilər ki, dünənə qədər bizə bəh-bəhlə sırınan və günü bu gün də yüksək insani dəyərlərin təcəssümü kimi təbliğ edilən AVROPA MƏDƏNİYYƏTİ əslində Türk-Azərbaycan mədəniyyətinin, əxlaq sisteminin, milli keyfiyyətlərinin qarşısında çox vəhşidir. Təbii ki, biz burada bu gün avropalıların yaşadıqları siyasi rejimlərdən danışmırıq. Söhbət sırf insani keyfiyyətlərdən, insan xarakterindən gedir. Əgər bu gün hansısa avropalı içdiyi pivənin butılkasını belə ondan cəmi-cümlətanı 2 metr aralıda olan zibil qutusuna atmırsa, bunu heç cürə mədəniyyətin göstəricisi kimi qəbul etmək olmaz.

Biz yaxşı başa düşürük ki, Avropa ölkələrində vəziyyət belə deyil və Bakıda zibil qutusuna yaxınlaşacaq qədər ərincək olan həmin avropalı turist öz ölkəsində müxtəlif cəzalardan ehtiyatlanması səbəbindən zibil qutusuna qaçaraq gedir. Bu, bəlkə də deməkdir ki, Bakıda avropalılar zibilləmə azadlığı əldə etmişdilər…

Bu ifadələri təsadüfən işlətməkdik. Əgər sizlər də bu gün Bayıl qəsəbəsinə yolunuzu salsanız, «Avroviziya»ya ev sahibliyi etmiş bu qəsəbənin küçələrində ayaqlarınıza ilişən pivə butılkalarını, havada uçuşan boş paketləri görə bilərsiniz.

Hə, bu, avropalıların tökdükləri idi. Bəs biz? Deyəsən, Bayılın təmizliyinə nəzarət edən qurumlar yarışma dövründə ciddi rejimdə çalışdıqlarından əməlli-başlı yorulublar. DİA.AZ-a şikayətlənən Bayıl sakinləri bildirir ki, qəsəbədə zibil qutularının dolmasına baxmayaraq, onu boşaldan yoxdur. Küçələrin də ki halını təsvir etdik…


Geri qayıt