Əsas Səhifə > Hadisə, Manşet > AYAZ MÜTƏLLİBOV BAKIYA GƏLMƏYƏ TƏLƏSİR

AYAZ MÜTƏLLİBOV BAKIYA GƏLMƏYƏ TƏLƏSİR


1-06-2012, 13:18
AYAZ MÜTƏLLİBOV BAKIYA GƏLMƏYƏ TƏLƏSİR

KEÇMİŞ PREZİDENT PARLAMENT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ÜNVANLAYIB

DİA.AZ: - Rəsmi Bakı eks-prezidentlər haqqında qanunu qəbul etsə də, onun qüvvəyə minməsi yönündə heç bir tələskənlik müşahidə olunmur. Elə bu da həmin qanunla ox ciddi güzəştlər əldə edəcək şəxslərdə nigarançılığa səbəb olu. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, xüsusi olaraq nigaran olanı isə illərdir Azərbaycana gələ bilməyən, vətəninin üzünə həsrət qalan, yalnız övladının dəfn mərasimi ilə bağlı Bakıda bir neçə gün qalma fürsəti əldə etmiş, müstəqil Azərbaycanın ilk prezidenti, hazırda Rusiyada yaşayan Ayaz Mütəllibovdur.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiklərindən belə məlum olur ki, keçmiş prezident bu ilin may ayında vətənə dönə biləcəyini təxmin etsə də, sonradan rəsmi Bakının bu yöndə heç bir hərəkətlənməyə qərar vermədiyini görüncə ümidlərini payıza bağlayıb. Amma eyni zamanda vaxtın daha da uzana biləcəyindən ehtiyatlanan Ayaz Mütəllibovun keçən həftə YAP iqtidarına müraciət ünvanladığı da söylənilir.

Etibarlı qaynağın sözlərinə görə, Ayaz Mütəllibovun adından yazılan və imzalanan müraciət Milli Məclisin sədri Oqtay Əsədova ünvanlanıb. Mənbəmiz başqa bir məzmunlu məktubun dövlət başçısı İlham Əliyevə ünvanlandığını bildirsə də, bu məlumatın tam olaraq təsdiqlənməməsi faktını da qeyd etməliyik.

Amma Oqtay Əsədova ünvanlanan məktubda Ayaz Mütəllibovun eks-prezidentlər haqqında qanun layihəsinə səs vermiş Milli Məclis heyətinə təşəkkür etdiyi bildirilir və eyni zamanda vurğulanır ki, bu qanunun tezliklə qüvvəyə minməsi bir yandan onun şəxsi mənafeləri baxımından, vətənə dönməsi üçün şəraitin yaradılması səbəbindən şəxsi üçün faydalıdırsa, digər yandan da Azərbaycanın bir dövlət olaraq beynəlxalq miqyasdakı nüfuzuna müsbət divident gətirəcək bir hadisədir.

Daha sonra müraciətində keçmiş prezident Azərbaycana tezliklə dönə biləcəyinə ümid etdiyini də vurğulayaraq, Milli Məclis rəhbərliyinə öz təşəkkürlərini bir daha çatdırıb.


Geri qayıt