Əsas Səhifə > Siyasət, Manşet > ELÇİBƏYİN OĞLUNA TÜRKİYƏDƏ SAYĞISIZLIQ

ELÇİBƏYİN OĞLUNA TÜRKİYƏDƏ SAYĞISIZLIQ


1-06-2012, 12:09
ELÇİBƏYİN OĞLUNA TÜRKİYƏDƏ SAYĞISIZLIQ

ƏRTURQUT DÖVLƏT BAXÇALININ KÖMƏKÇİSİNİ NİYƏ VURMALI OLUB?

DİA.AZ: - Məlum olduğu kimi, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev qardaş ölkə Türkiyədə təhsilini davam etdirib və artıq Azərbaycana qayıdığ. Amma vətənə dönməmişdən öncə, keçmiş dövlət başçısının övladı heç də ürəkaçan olmayan bir olayla üz-üzə qalıb.

Bu barədə DİA.AZ-a məlumat verən məlumatlı mənbənin iddialarına görə, Azərbaycana qayıtmamışdan əvvəl hörmət əlaməti olaraq Ərturqut Türkiyənin Millətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı ilə görüşüb, vidalaşmaq istəyib. Amma onun bu arzusuna tamam fərqli qiymət verilib və mərhum eks-prezidentin övladı MHP-çilər tərəfindən təhqir olunub.

Mənbəmiz bildirir ki, Elçibəyin oğlunu qəbul etməyən Dövlət Baxçalı Ərturquta əvəzində pul yollayıb: «Ərturquta qəbulda bildirilib ki, Dövlət Baxçalının xəbəri yoxdur və al bu on min türk lirəsini (5000 manat), sənə yaxşı yol. Bundan qəzəblənən Ərturqut Baxçalının köməkçisinin sinəsindən vurub və ona bildirib ki, dilənçi deyil və Baxçalı ilə sadəcə olaraq hörmət əlaməti olaraq vidalaşmaq üçün gəlibmiş».

Hər halda, belə bir olayın baş verməsi hər addımında Azərbaycana sevgisini nümayiş etdirən MHP adına yaraşmayan bir hadisədir. Və redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.


Geri qayıt