Əsas Səhifə > Siyasət, Manşet > GƏNCLƏR PREZİDENTİ MÜDAFİƏ ETDİ

GƏNCLƏR PREZİDENTİ MÜDAFİƏ ETDİ


1-06-2012, 10:54
GƏNCLƏR PREZİDENTİ MÜDAFİƏ ETDİ

İRANA İŞLƏMƏK VƏTƏNƏ, ANA-ATANA XƏYANƏT ETMƏYƏ BƏRABƏRDİR

DİA.AZ: - Redaksiyamıza bir qrup gəncin adından müraciət daxil olub. Müraciət müəllifləri son günlər Azərbaycan dövlətinə və Azərbaycanın dövlət rəhbərliyinə qarşı iyrənc kampaniya aparan fars-molla rejiminin əməllərindən narahat olduqlarını ifadə etməklə yanaşı, bütün gəncləri tarixən Azərbaycan türkünə düşmən mövqe nümayiş etdirmiş fars millətçilərinə qarşı müqaviməti təşkil etməyə çağırır, eyni zamanda prezident İlham Əliyevə yönəlik sərt ifadələrin layiqincə cəzasının verilməsini tələb edirlər.

Onu da bildirək ki, həqiqətən də İranın antiAzərbaycan media-təxribat maşını daha da fəallaşıb və artıq ağına-bozuna baxmadan, heç bir etik norma gözləmədən, dövlətimizə, millətimizə və ölkə rəhbərliyinə qarşı həqarət işlətməkdədirlər. Bu da təbii ki, bizlərin narahatçılığına nədən olmaqdadır.

Bu fikirlərin də yer aldığı DİA.AZ-a daxil olan müraciətda müəlliflər daha sonra bildirirlər: «İran hər zaman Azərbaycan türklərinə qarşı düşmən mövqedə dayanıb və hər zaman şiə faktorundan fars millətçiliyinin maraqları naminə sui-istifadə ediblər. Hazırda İran deyilən məkanda bütün inqilabların lokomotivi Azərbaycan türkləri olub ki, bu da təbiidir. Çünki çoxluq biz olmuşuq və İran adlanan məkanın taleyini bizlər həll etmişik. Amma nə yazıq ki, hər dəfəsində fars azlığını iqtidar etmişik. Hər halda, son yüz ildə bu belədir və Sovetlər Birliyi zamanında Güney Azərbaycan türklərinin özlərinə ayrıca dövlət qurma istəyi də o zamankı dünya gücləri tərəfindən alındığından, idarəçilik yenidən İran deyilən ərazidə milli azlıq olan farsların əlində qaldı».

«İran tarixi Azərbaycan torpaqlarının böyük hissəsini öz işğalı altında saxlamaqdadır» deyən müraciət müəllifləri bildirirlər ki, gec-tez regionda 60 milyonluq Azərbaycan türkünün Böyük Dövləti qurulacaq: «Bu qaçılmaz bir aqibətdir və bunu İranda oturan, hökmranlıq edən fars-millətçiləri də yaxşı bilirlər. Ona görə də hər gün dövlətimizi, prezidentimizi təhqir etməklə sanki bizi hansısa yoldan çəkindirməyə çalışırlar. Onlar bilməlidirlər ki, Azərbaycanda siyasi yönündən asılı olmayaraq istənilən kəs prezidenti dövlətinin atributu hesab edir və bu gün farsların ünvanladığı həmin həqarəti dövlətimizə ünvanlanan ifadələr kimi qəbul edərək, eyni qaydada onlara layiqli cavab verməyə hazır olduğumuzu diqqətlərinə çatdırırıq».

Daha sonra müraciət müəllifləri Qarabağ savaşında belə Ermənistanın yanında olan, bu gün də erməniləri və müxtəlif separatçıları bizə qarşı hazırlayan fars kəşfiyyatının əməllərini xatırladaraq, İrana ümid yeri kimi baxan bəzi soydaşlarımıza da ayılma vaxtının çatdığını bildirirlər: «İran Azərbaycana düşmən ölkədir. Bu kəsin belədir və bu dəyişməz olaraq qalacaq. Hətta bu gün İranın bütün fars mollaları ayaqlarımıza döşənib üzr istəsələr belə, yenə də onların əsl kimlikləri bizlərə tam olaraq aydındır. Ona görə də hansısa gəncimizin İrana köləlik yolunu seçməsi vətəninə, ana-atana edilən xəyanətlə eynidir».

Qeyd edək ki, müraciəti Mübariz Gənclər Təşkilatı və daha bir neçə gənclər birliyi imzalayıb.

Geri qayıt