Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR SABİQ MƏMUR HƏBS OLUNA BİLƏR

DAHA BİR SABİQ MƏMUR HƏBS OLUNA BİLƏR


30-05-2012, 17:08
DAHA BİR SABİQ MƏMUR HƏBS OLUNA BİLƏR

YENİ MÜDİR KÖHNƏ MÜDİRİ İFŞA EDİR

DİA.AZ: - Ötən ildən başlanan anti-korrupsiya şousunu yeni məqamları üzə çıxmaqdadır. Redaksiyamıza daxıl olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 34 saylı Tibbi Sosial-Ekspert Komissiyasında maraqlı proseslər gedir. Beləki Saatlı Rayon Mərkəzi Xəstəxanasında yerləşən 34 saylı Tibbi Sosial-Ekspert Komissiyasında (bundan sonra VTEK) analoqu olmayan durum yaranıb. Bir müddət öncə bura təyin edilən VTEK sədri böyük şikayətçilər ordusu ilə üz-üzə qalıb.

Rayon sakini Cabir Cahangirovun DİA.AZ-a verdiyi məlumata görə, VTEK-in keçmiş rəhbəri Rasim Gözəlovun ölkə qanunlarını tanımadan fəaliyyətinin problemləri indi üzə çıxır. “Rasim Gözəlovun bu vəzifəyə təyin olunmasından sonra burada vəziyyət daha da dözülməz olub. İşlədiyi müddət ərzində bu insan həmişə özünü qanunlardan üstün tutub.

VTEK sədrinin gördüyü işlərin hamısı saxtakarlıq üzərində qurulub”. Şikayətçinin sözlərinə görə, həqiqi xəstəliyi olanlar keçmiş sədrin qəzəbinə tuş gələrək, süründürməçiliyə məruz qalıblar: “Amma tam sağlam şəxslər pul müqabilində özlərinə istədikləri əlillik qrupunu açdıra biliblər. Burada hər sənədin öz qiyməti olub. Xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün qadınlardan 1600 manat, kişilərdən isə 1800 manat tələb olunub. Pulu verdikdən sonra Rasim Gözəlov sənədləri 20 gün ərzində düzüb-qoşub”.

Şikayətçi onu da bildirdi ki, Sabirabad rayon Xəstəxanasına sədr təyin olunan Rasim Gözəlov orada da öz əməllərini davam etdirir. Onun yerinə təyin olunan Kamil Məmmədov da xələfinin qoyduğu qaydaları uğurla davam etdirib. Onun sözlərinə görə, Məmmədov Rasim Gözəlovdan da irəli gedərək, xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün 3000 manat tələb edib.

Hər iki şəxs öz postundan uzaqlaşsa da özlərindən sonra ciddi problemlər qoyublar: “İndi rayonda kimi dindirirsən ya əlilliyə, ya da xəstəliyə görə, təqaüd aldığını deyir. əgər 2009-cu ildən bəri təqaüdə çıxanların sənədləri VTEK-də araşdırılsa vəziyyətin nə yerdə olduğu aydın görünər. Yeni VTEK sədri Məmmədəli İbrahimov da bu araşdırmalara başlayıb və keçmiş sədrlərin korrupsiyasının ifşa olunması an məsələsidi”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


Geri qayıt