Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVDAN TAKSİLƏRƏ YENİ QADAĞA
ZİYA MƏMMƏDOVDAN TAKSİLƏRƏ YENİ QADAĞA30-05-2012, 16:37 |
![]() NƏQLİYYAT NAZİRLİYİ YARIMÇIQ QALMIŞ SİYASƏTİNİ DAVAM ETDİRİR DİA.AZ: - Məlum olduğu kimi, nəqliyyat nazirliyi tərəfindən 1 may tarixindən etibarən köhnə sovet maşınlarının taksi kimi fəaliyyəti qadağan edildi. Əslində buna qədər də belə bir qərar verilmişdi, lakin sürücülərin davamlı şəkildə nazirliyin binası qarşısında etiraz aksiyası düzənləməsi nəhayətdə Ziya Məmmədovun sürücülərə əlavə 5 aylıq vaxt tanıması ilə nəticələndi. Beləliklə, В«AvroviziyaВ» yarışması boyunca köhnə sovet maşınlarının taksi kimi işləməsinə imkan verilmədi. İndi isə artıq yarışma bitib. Elə bundan həvəslənən bəzi sürücülər yenidən şəhərin mərkəzində köhnə sovet maşınları ilə taksi xidməti göstərməyə başlayıblar. Amma tələsiblər. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, nəqliyyat nazirliyi Bakıya gətirilən В«London taksiləriВ»nin sürücülərinin В«çörəksiz qoyulmamasıВ» üçün köhnə sovet maşınlarının taksi kimi istismarının qarşısının alınması məqsədilə əlavə tədbirlərə əl atmağı planlaşdırır. Qeyd edək ki, Bakıda təxminən 15 minə yaxın belə taksinin olduğu söylənilir ki, son bir ayda həyata keçirilən reydlər zamanı onların tən yarısı, təxminən 7 mini istismardan çıxarılıb. Məlumatlı mənbənin bildirdiyinə görə isə, Bakının digər ərazilərində də həmin maşınların taksi kimi fəaliyyəti birdəfəlik olaraq əngəllənəcək: В«Bu məqsədlə geniş tədbirlər planı hazırlanıb. Hətta maraqlı bir ideya da fikirləşilib. Hədəfə alınacaq sürücülərin yeganə dayağı olan müstəqil mətbuatla da anlaşma əldə olunub ki, qəzetlər NN-ni planlarının icrası zamanı hədəfə almasınlarВ». Bu məqsədlə artıq ölkənin aparıcı qəzetlərindən birinin rəhbərliyinə çox ciddi məbləğdə vəsaitin ötürüldüyü də söylənilir. Paralel olaraq isə bir sıra telekanallara nazirliyin siyasətin dəstəklənməsini təbliğ edən reportajların hazırlanması üçün də pul ayrılıb. Geri qayıt |