Əsas Səhifə > Güney Press / Manşet > CƏLİLABAD PROKURORUNA QARŞI ŞOK İTTİHAM
CƏLİLABAD PROKURORUNA QARŞI ŞOK İTTİHAM30-05-2012, 15:15 |
![]() MOBİL İSMAYILOV ÖVLADINI QƏTLƏ YETİRƏNİ HİMAYƏDƏ İTTİHAM OLUNUR DİA.AZ: - Ötən il sentyabrın 16-dan 17-ə keçən gecə Cəlilabad rayonunun Alar kəndində baş vermiş dəhşətli qətl hadisəsini eşidənlər yəqin ki, sarsılmış və bu müdhiş olayı hələ də unuda bilməmişlər. İki körpə övladı olan qızına iyirmi bıçaq zərbəsi, həyat yoldaşının altı qohumuna isə müxtəlif dərəcəli ağır bədən xəsarətlərini yetirməsi ilə nəticələnmiş bu olay ölkənin televiziya kanallarının efirində və aparıcı mətbuat orqanlarının səhifələrində də yer almışdı. Bildirək ki, qətl hadisəsini törətmiş Rəsulov Qabil Misirxan oğlu elə həmin gün Cəlilabad rayon polis idarəsinin əməkdaşları tərəfindən həbs olunsa da, hadisənin baş vermə səbəbləri barədə ətraflı məlumat verilməmiş, yalnız qətlin ailə-məişət münaqişəsi zəminində törədildiyi bildirilmişdi. Lakin bu günlərdə redaksiyamıza müraciət etmiş Alar kənd sakini hadisələrin şahidi və ölümdən canını zorla qurtarmış Qabil Rəsulovun həyat yoldaşı Mehriban Əzimovanın söylədikləri qətlin heç də ailə-məişət münaqişəsi zəminində baş vermədiyini deməyə əsas verir. Onun DİA.AZ-a söylədiklərinə görə, hadisə baş verməzdən bir neçə ay əvvəl Qabilin evə gec-gec gəldiyini, avara adamlarla durub-oturduğunu, sərxoş və ya süst gəldiyini görüb ailəliklə ona nəzarəti gücləndirmişlər. Onu çirkin işlərdən çəkindirməyə çalışsalar da, Qabil öz istədiyini etmiş ki, bu da ailədə yersiz mübahisələrə gətirib çıxarmışdı. Hadisənin baş verdiyi gün isə növbəti belə mübahisə zamanı Mehriban Əzimova əl ataraq yoldaşının döş cibindən çıxardığı ağ maddəni görmüş, onu polisə verəcəyi ilə hədələmişdir. Qabil isə narkotik vasitə olan bükülünü döyərək həyat yoldaşının əlindən almış, ayaq yoluna atmışdı. Mehribanı öldürəcəyini bildirmişdir. Gəlini və qızı onları ayırmağa müvəffəq olsalar da, Qabil fikrindən daşınmamış işlədiyi bərbərxanaya gedərək kəsici alət olan qayçının bir tərəfini götürərək geri qayıtmış yoldaşı Mehribanı axtarmış, həyat yoldaşının qardaşını və onun yoldaşını hər birin ayrı-ayrılıqda 3 zərbə endirərək hadisə yerindən evinə qayıtmış, yenə Mehribanı axtarmağa başlamışdı. Anası və bacısı onun qızıgildə olduğunu bildirdikdə Qabil gecə saat 2 radələrində yeznəsinin qapısını döymüş, qapının gec açıldığını gördükdə pəncərəni sındıraraq içəri daxil olmuş, qarşısına çıxan yeznəsinə əlindəki kəsici alətlə bir nezə zərbə endirmişdir. Qızı aralığa girmək istəyəndə yeznəsi qaçmış Qabil isə onu ayyaqlarından əl zəkməyən çağıran köməksiz qızına 20 zərbə endirmişdir. Sonra isə yeznəsinin ardınca getmiş və orda da tez-tez ona müqavimət göstərmək istəyən 3 nəfərə müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirmişdir. Mehriban Əzimovanın bildirdiyinə görə Cəlilabad rayon prokurorluğunun apardığı ilkin istintaq zamanı verdiyi ifadə təzyiq altında olub. Belə ki, Qabilin qardaşları narkotika məsələsini polisə bildirəcəyi təqdirdə onlar Mehribanı öldürəcəkləri ilə hədələyiblər. Mehriban Əzimova qorxusundan narkotik məsələsini yazmasa da, istintaq qrupu da baş vermiş hadisənin təfərrüatlarına çox səthi yanaşmış, Qabil Rəsulovun ruhi xəstə və ya narkotika istifadəçisi olub olmadığını araşdırmamış ya da istəməmişlər. Mehriban Əzimova onu da bildirdi ki, hadisə ilə bağlı Cəlilabad rayon prokuroru Mobil İsmayılovun qəbulunda dəfələrlə olmasına baxmayaraq prokuror onu qəbul etməyib, amma qatilin qardaşları ilə sıx təmas qurmaqdadır. Maraqlıdır, deyilmi? Hüquq-mühafizə orqanının rəhbəri zərərzəkmişi qəbul etmir, amma qatilin qardaşları ilə daim təmasda olur. Hətta kənddə gəzən söz-söhbətlərə görə qatilin qardaşları, qohumları (hansı ki, hadisə törənən zaman onun qarşısını ala bilərdilər və nədənsə heç kim Qabil Rəsulovu durdurmaq istəməyib. Sual olunur, nədən?) onu həbsxana həyatından qurtarmaq üçün dəridən-qabıqdan çıxırlar. Qabil Rəsulovun ruhi xəstə olması barədə hadisə baş verənə qədər hansı dispanserdə müalicə olunması barədə nə kimi dəlillər var? Yaxud da öz qızını vəhşicəsinə qətlə yetirmiş, tutalım “dəli” ata bəs hadisə törənən zaman onun ayaqlarını yumuş bacısına nə üçün yüngül bir xəsarət yetirməyib? Burada suallar çoxdur. Lakin bu suallara ayrı-ayrılıqda Cəlilabad rayon prokuroru Mobil İsmayılov və prokurorluğun müstəntiqi Elgün Süleymanov cavab versələr, daha yaxşı olar. Artıq istintaq yekunlaşıb və iş məhkəməyə verilib. May ayının 25-də Lənkərən şəhərində ağır Cinayətlərə Dair Məhkəmədə baxış da keçirilib. Biz hadisənin gedişatını nəzarətimizdə saxlayır və araşdırmalarımızı davam etdiririk. Görəsən, qızını qətlə yetirmiş bir ata məhkəmədə özünə necə haqq qazandıracaq. Yaxud da iki körpə balası olan bir ananı vəhşicəsinə qətlə yetirən bir şəxsə “dəli” deyə haqq qazandırmaq olarmı, Mobil müəllim? Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |