Əsas Səhifə > Gündəm, Manşet > XAÇMAZ RAYONUNDA DƏLƏDUZ PEYDA OLUB
XAÇMAZ RAYONUNDA DƏLƏDUZ PEYDA OLUB30-05-2012, 11:16 |
QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ POLİSİN DƏLƏDUZU HİMAYƏ ETDİYİNİ BİLDİRİR DİA.AZ: - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana KAM.ev.22,mənzil 1-də yaşayan İsgəndərov Arif Səttar oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq I qrup əlil olduğunu bildirən şikayətçi DİA.AZ-a ünvanladığı məltubunda deyir: “2010-cu ilin payış aylarında vətəndaş Əzizov Teymur Tiflis oğluna4335 (dörd min üç yüz otuz beş) AZN ödəyərək etibarnamə əsasında istifadəsində olan «Mersedes Benz-320» markalı 10-RG-655 dövlət nömrə nişanlı avtomobili ondan aldım. «Mersedes Benz-320» markalı, 10-RG-655 dövlət nömrə nişanlı avtomobilin xırda təmirə ehtiyacı olduğu üçün təmir etdirmək qərarına gəldim. Bu məqsədlə özünü avtomobil ustası kimi təqdim edən Mahir Əsgərov adlı şəxslə tanış oldum. O, mənim avtomobilimə baxıb 5-10 gün ərzində təmir etmək üçün avtomobili Xaçmaz şəhərinə gətirmək lazım olduğunu bildirdi. Mən xərc çəkib avtomobili Xaçmaz şəhərinə gətirib onun özünə təhvil verdim. Bir müddət sonra Xaçmaza gəlib, avtomobilin təmiri ilə maraqlandıqda avtomobili Mahirə təhvil verdiyim qarajda görməyib, avtomobili hara apardığını soruşduqda, mənə bildirdi ki, içinə su dolur, yer yoxdur və s. ona görə də kəndə aparmışam. Bir neçə dəfə Xaçmaza gedib-gəldikdən sonra mənə məlum oldu ki, Mahir usta yox, dələduzdur, onun-bunun avtomobilini ələb keçirir, sökür və satır. Xaçmaz rayon polisində və prokurorluğunda himayədarları vardır, hər ay cinayət yolu ilə əldə etdiyi puldan onlara da verir, ona görə də onun açıq-aydın etdiyi cinayətlərə göz yumulur. Etdiyi cinayətlər ört-basdır edilir. Belə ki, yazdığım şikayət və ərizələr nəticəsində Xaçmaz rayon Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı Novruz müəllim cinayət faktını ört-basdır etmiş, əvvəlcə M.Əskərovu sıxışdırmış, daha sonra isə cinayət işinin başlanmasının rədd edilməsinə dair gizlincə qərar qəbul etmişdir. Bu qərar mənə təqdim edilməyib. Şikayətlərim nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Lütfi Nəbiyev qəbul edilmiş qərarın ləğvinə dair Xaçmaz rayon prokurorluğu qarşısında vəsadət qaldırmışdır. Lakin mənim əmlakımı dələduzluq yolu ilə ələ keçirib mənimsəmiş M.Əsgərov hələ də azadlıqda gəzir, həbs edilməyib, avtomobilim qaytarılmayıb, əksinə bu müddət ərzində cəzasızlıq mühitindən istifadəedən M.Əskərov başqa-başqa vətəndaşların da əmlakını ələ keçirərək söküb satmışdır. Mən demirəm və yazmıram ki, Xaçmaz rayon hüquq-mühafizə əməkdaşları bir dələduzdan rüşvət alıb cinayəti gizlədir, ört-basdır edir. gözümlə görməmişəm, sübutum da yoxdur. Lakin M.Əsgərovun cinayətlərini ört-basdır etmək onların nəyinə lazımdır? Bir vətəndaş digərinin cibindən bir manat oğurlasa onu həbs edirlər, başına oyun açırlar və s. amma mənim 6000 AZN qiyməti olan avtomobilimi günün günorta çağı bir dələduz ələ keçirib, hissələrə söküb satır, bizim hörmətli Xaçmaz rayon polis ionu tutmur, əksinə ona şərait yaradılır ki, etdiyi cinayətləri pərdələmək üçün «şahid» və «sübut» toplasın. Hazırda M.Əsgərov saxta sənədlər düzəldir ki, guya həmin avtomobili o alıb və s. Novruz müəllim ona bütün şəraiti yaradır, sanki bu dələduz torpaqlar uğrunda gedən amansız döyüşlərdə ayağını itirib, birinci qrup əlildir”... Geri qayıt |