Əsas Səhifə > Hadisə > BTC-DƏ PARTLAYIŞ BAŞ VERİB

BTC-DƏ PARTLAYIŞ BAŞ VERİB


30-05-2012, 11:08
BTC-DƏ PARTLAYIŞ BAŞ VERİB

HADİSƏNİN SƏBƏBİ İSƏ HƏLƏLİK MƏLUM DEYİL

Azərbaycan təbii qazının nəql olunduğu Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində partlayış baş verib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, mayın 29-da axşam kəmərin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu ərazisindən keçən hissəsində naməlum səbəbdən partlayış olub. Partlayışdan sonra yanğın başlayıb və alovun hündürlüyü 100 metrə çatıb.

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yanğını söndürmək üçün qazın nəqli müvəqqəti dayandırılıb. Partlayış dalğası Sarıqamışda bir çox evin pəncərələrinin sınmasına səbəb olub. Zəlzələ olduğunu zənn edən əhali küçələrə axışıb.
Sarıqamış icra nümayəndəsi (kaymakam) Turan Ermiş yanğının söndürüldüyünü açıqlayıb: “Bizə əvvəlcə partlayışın Bakı-Tiflis-Ceyhan boru kəmərində baş verdiyi haqda məlumat daxil oldu. Lakin partlayışın “Şahdəniz” qaz kəmərində olduğu müəyyənləşdi. Hazırda vəziyyət nəzarət altındadır”.

Olayla bağlı təhqiqat aparılır. Partlayışın terrorçular tərəfindən törədildiyi versiyası istisna edilmir.


Geri qayıt