Əsas Səhifə > Gündəm, Manşet > İRAN AZƏRBAYCANDA TERROR HAZIRLAYIR

İRAN AZƏRBAYCANDA TERROR HAZIRLAYIR


29-05-2012, 12:03
İRAN AZƏRBAYCANDA TERROR HAZIRLAYIR

FARS-MOLLA REJİMİ DAHA 4 DÖVLƏTDƏ TERROR AKSİYALARI PLANLAYIB

DİA.AZ: - “The Washington Post” qəzeti İran xüsusi xidmət orqanlarının və bu ölkəyə bağlı terror təşkilatlarının regiondakı bir neçə ölkədə planlaşdırdıqları sui-qəsdlər bağlı ABŞ-da hazırlanmış hesabatdan yazıb.

Qəzetin yazdığına görə, aparılan araşdırmalarda İranın və ona bağlı təşkilatların regiondakı ölkələrin yüksək vəzifəli və tanınmış şəxslərinə, bu ölkələrdəki xarici diplomatlara qarşı sui-qəsd hazırlaması barədə məlumat daxil olub.

Qəzet ötən ilin noyabr ayında ABŞ-ın Azərbaycandakı səfirliyinə belə bir məlumatın daxil olduğunu bildirib: “Səfir Metyu Brayzanı həyəcanlandıran məlumat sui-qəsd ediləcəklərin siyahısında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlarının olması barədə idi”.

ABŞ rəsmilərinin əldə etdikləri məlumata əsasən sui-qəsdlərin bir qismi peşəkar killerlər tərəfindən səsboğucu silahlarla, bir qismi isə bomba yüklənmiş maşının partladılması ilə baş tutacaqmış. Qəzet yazır ki, ABŞ rəsmiləri hər iki sui-qəsdin məhz İran tərəfindən planlaşdırıldığını bildiriblər.

Azərbaycan xüsusi xidmət orqanlarının ötən il və bu il keçirdikləri əməliyyatlar nəticəsində 25 nəfərdən artıq şəxsin həbsi ilə bu təhlükələr çox azalıb.

Hesabatda göstərilib ki, ABŞ və Yaxın Şərq ölkələrinin rəsmiləri bu hücumların İrana yaxın olan casuslar tərəfindən son 13 ay ərzində 7 ölkədə xarici diplomatlara qarşı törədilən terror zəncirinin bir hissəsi olduğu qənaətindədirlər. Rəsmilərin fikrincə, hədəflər arasında 2 səudiyyəli, 6-ya qədər isə İsrail və Amerika rəsmisinin də adı olub.

Ötən həftə isə 4 ölkədə araşdırma aparan müfəttişlər sui-qəsd planlarının bir-birinə, “Hizbullah”a və İrana aid başqa təşkilatlara bağlı olaması ilə əlaqədar bir çox faktlar əldə ediblər. Hesabatda telefon nömrələri, tibbi təhlillər, koordinasiya edilmiş səfər qrafikləri, İranda satın alınıb terrorçular tərəfindən istifadə olunmuş mobil telefon xətlərinə aid məlumatlar var.

Hesabatla bağlı “The Washington Post”a məlumat verən iki rəsmi şəxs terror hücumları ilə əlaqədar təhdidlərin yazın əvvəlindən ağır bir şəkildə başlaması, lakin sonra səngiməsi, eyni vaxtda İranın Qərbə yönəlik terrorçu ittihamlardan və dəniz yollarına düzənləməyi planlaşdırdığı hücumlarla bağlı təhdidlərinə də son verməsi, həmçinin “altılıq” formatındakı görüşə razılıq verməsinin təsadüf olmadığını söyləyib.

Sui-qəsd planları barədə məlumatlı olan bir Qərb diplomatı isə İranın bu siyasi gedişini “görüşlər ərəfəsində ortalığı sakitləşdirmək üçün bilərəkdən edilən manevr” adlandırıb: “Görüşlər nəticəsiz bitərsə, nə olacaq? Bunu kimsə bilmir”.

Qəzet yazıb ki, ABŞ hökuməti hazırda Azərbaycandakı ABŞ səfirliyinə qarşı artıq ifşa edilmiş terror planının İrana məxsus olduğunu birbaşa söyləməkdən çəkinir. Onlar bunun İranın nüvə proqramı ilə bağlı danışıqların baş tutacağı zamanda ağır ittiham kimi qəbul edilib, görüşün alınmamasına səbəb ola biləcəyini deyirlər.

ABŞ rəsmiləri həmçinin İran və “Hizbullah”ın hücumları birlikdə koordinasiya etməsinə inanmadıqlarını vurğulamaqla yanaşı, tarixi faktlara əsaslanaraq hər iki qrupun öz maraqları naminə belə planları reallaşdırdığını da xatırladıblar.

Terror hücumları ilə bağlı faktları araşdırdan bir ABŞ rəsmisi isə “İran və “Hizbullah”ın bu hücumları birgə planlaşdırması mümkündür, amma bu nəticə bəlirləyici deyil”, deyib.

Geri qayıt