Əsas Səhifə > Hadisə > “AVROPA” OTELİ RƏHBƏRLİYİNDƏN YƏHUDİPƏRƏSTLİK

“AVROPA” OTELİ RƏHBƏRLİYİNDƏN YƏHUDİPƏRƏSTLİK


17-10-2011, 15:15
“AVROPA” OTELİ RƏHBƏRLİYİNDƏN YƏHUDİPƏRƏSTLİK

“MAVİ MARMARA” İLƏ BAĞLI TƏDBİRDƏ SKANDAL BAŞ VERDİ

Bakıdakı “Avropa” otelində “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumundan sonra gərginləşən Türkiyə-İsrail münasibətlərinə həsr edilmiş “Mavi Mərmərə ilə azadlığa” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, “Asiya Dialoqu” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qəzza bölgəsinə yardım aparan könüllülər, insan haqları müdafiəçiləri, Azərbaycandan və Türkiyədən olan millət vəkilləri, siyasətçilər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Əvvəlcə “Mavi Mərmərə” gəmisində baş verənləri özündə əks etdirən film nümayiş olunub. “Asiya Dialoqu” İctimai Birliyinin sədri Sevil Nuriyeva çıxışında bildirib ki, Fələstin xalqının yaşadıqlarını Azərbaycan cəmiyyəti yaxşı anlayır: “Biz işğalın, haqsızlığın nə demək olduğunu bilirik”.

“Mavi Mərmərə” gəmisi ilə Qəzzaya humanitar yardım aparılmasının təşkilatçısı olan Türkiyə İnsani Yardım Vəqfinin (İHH) başqanı Bülənt Yıldırım həmin səfərin əhəmiyyətindən danışıb. “Ümid edirik ki, Qəzzaya getdiyimiz kimi, günün birində Qarabağa da səfər edərik”.

Türkiyə parlamentinin AKP-dən olan üzvü İbrahim Korkmaz çıxışında deyib ki, Türkiyə-İsrail münasibətləri “Mavi Mərmərə” olayına qədər də gərgin olub: “Ancaq bu hadisə münasibətlərə son zərbəni vurdu”.

Qeyd edək ki, tədbirin gedişi zamanı otel rəhbərliyinin istəyi ilə “Mavi Mərmərə” olayını özündə əks etdirən sərgi ləğv edilib, fotolar yığışdırılıb.


Geri qayıt