Əsas Səhifə > Ölkə > EKS-PREZİDENTİN OĞLUNUN 40 MƏRASİMİ KEÇİRİLİB

EKS-PREZİDENTİN OĞLUNUN 40 MƏRASİMİ KEÇİRİLİB


15-09-2011, 18:21
EKS-PREZİDENTİN OĞLUNUN 40 MƏRASİMİ KEÇİRİLİB

YAS MƏRASİMİNDƏ DÖVLƏT ADAMLARI DA İŞTİRAK EDİB

Bu gün Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun oğlu Azad Mütəllibovun 40 mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə “Qurani-Kərim”dən surələr və mərhumun ruhuna dualar oxunub. Mərasimə gələnlər arasında parlamentin keçmiş spikeri Yaqub Məmmədov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, ASDP həmsədri Araz Əlizadə, həmçinin A. Mütəllibovun ölkəyə rəhbərlik etdiyi illərdə hökumətdə təmsil olunan bəzi şəxs də olub.

Mərasimdə iştirak edən Ayaz Mütəllibov və mərhumun ailə üzvləri, yaxınları, taziyəyə gələnlərin başsağlığını qəbul ediblər.

Qeyd edək ki, 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün avqustun 8-də Moskvadan Azərbaycana gəlib. Ayaz Mütəllibovun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.

Azad Mütəllibov Yasamal qəbiristanlığında, babasının yanında torpağa tapşırılıb.


Geri qayıt