Əsas Səhifə > Cəmiyyət, Manşet > NEFTÇALADA “28 MAY”A QADAĞA QOYULUB

NEFTÇALADA “28 MAY”A QADAĞA QOYULUB


28-05-2012, 15:05
NEFTÇALADA “28 MAY”A QADAĞA QOYULUB

YERLİ POLİS VƏ YAP SƏDRİ RESPUBLİKA GÜNÜNÜ QEYD EDƏNLƏRİ DAĞIDIB

Bu gün səhər Neftçalada rayonun 50-yə yaxın vətəndaş cəmiyyəti fəalı Respublika Günü ilə əlaqədar bayram tədbiri keçirmək üçün çayxanada toplaşıblar. “Biz sadəcə çay süfrəsi arxasında Azərbaycan Demokratik Respublikasının Azərbaycan tarixində əhəmiyyətindən danışırdıq. Daha sonra Şəhidlər abidəsinə gül qoymağa getmək istəyirdik”, deyə “Vətəndaş cəmiyyəti nəzarəti” QHT şəbəkəsinin yerli fəalı Tarverdi Hüseynov bildirib.

Lakin görüşün başlamasından bir müddət sonra rayon administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri və hakim “Yeni Azərbaycan” partiyasının yerli təşkilatının rəhbəri Anar Cəfərov bir qrup polis, o cümlədən rayon polis şöbəsinin iki rəis müavini ilə birlikdə çayxanaya gələrək, kobud şəkildə dağılışmağı tələb edib, deyə Hüseynov sözünə davam edib.

Fəalları çayxanadan qovan polis oranı bağlayıb.

Bundan sonra insanların bir qismi dağılıb, digər qrup isə şəhidlər abidəsinə gül qoyma mərasimini həyata keçirib, deyə o bildirib.


Geri qayıt