Əsas Səhifə > Cəmiyyət > ORXAN MANSURZADƏ SÖZÜNÜ GERİ GÖTÜRMƏLİDİR

ORXAN MANSURZADƏ SÖZÜNÜ GERİ GÖTÜRMƏLİDİR


28-05-2012, 14:25
ORXAN MANSURZADƏ SÖZÜNÜ GERİ GÖTÜRMƏLİDİR

DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR

Evinin damına «Mərkəz, uşaq bağçalarını məsum körpələrə qaytar!» şüarı vuraraq aclıq aksiyası keçirən sabiq AMİP-çi Musa Rahim Daxili İşlər Nazirliyini məhkəməyə verə bilər.

Bu barədə Musa Rahimin öz məlumat verib. O, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadədən barəsində işlətdiyi ifadələrin təkzib edilməsini tələb edir: «Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mia.az-a barəmdə həmişə olduğu kimi, böhtan və yalandan ibarət açıqlama verib. DİN sözçüsü bildirib ki, məni orjinal aksiya keçirməyə meyilli şəxs kimi təqdim edərək, qeyd edib ki polis kapitanı Elsevər Niftəliyevin məni təhdid etməsi gündəmdə olmaq üçün tərəfimdən yayılmış yalan xəbərdir.

Çox təəsüf edirəm ki, DİN sözçüsü bu kimi böhtan xarakterli məlumat yayır. İnana bilmirəm ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə tanımadığı şəxs barəsində yalan və böhtan xarakterli xəbər yaymasına peşiman olmasın və məsuliyyət daşımasın. Əvvəla Orxan Mansurzadə bilməlidir ki, yaydığı xəbərdə bir həqiqət var ki, o da mənim orjinal aksiya keçirməyimdir. Bəli, doğru deyirsiz, özünü dövlət məmuru hesab edən kəslər orjinal cinayət törətdikdə, mən də orjinal aksiyalarımla cavab vermək və tələb etmək zorunda qalıram. Kapitan Niftəliyevə gəlincə isə, təqdim etdiyim foto da şahidi olacaqsız ki, mənimlə proflaktik söhbətlər aparmağa çalışan Elsevər Niftəliyev bir qoşun polislə heç bir əsas olmadan evimə basqın edir.

Uşaqların hüquqlarının müdafiəsinə gəlincə isə, əlimdə olan faktlar və sənədlər uşaq baxçasının öz profilində faliyyət göstərməməsinə və baxçanın ərazisində qeyri-qanunni tikililərin tikilməsinə sübutdur. Mən bu məsələlərin bu günə qədər araşdırmasına cəsarət edə biləcək bir dövlət rəsmisinə rast gəlməmişəm.

Odur ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin həmin açıqlamasını İmişlidə baş verən hadisələrin çirkabına bulaşmış oliqarxların və İmişli polisinin özbaşnalığını müdafiə etmək məqsədi daşıdığını qənaətinə gəlirəm. Orxan Mənsurzadədən verdiyi açıqlamasına təkzib verib üzr istəməsini tələb edirəm. Əks halda, məhkəməyə müraciət etməli olacağam». / mia /


Geri qayıt