Əsas Səhifə > Cəmiyyət > HANSI XARİCİ ALİ MƏKTƏBDƏ OXUMAQ OLAR?

HANSI XARİCİ ALİ MƏKTƏBDƏ OXUMAQ OLAR?


17-10-2011, 15:12
HANSI XARİCİ ALİ MƏKTƏBDƏ OXUMAQ OLAR?

MİSİR MƏRDANOV ŞƏRTLƏRİNİ AÇIQLADI

“Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə, eləcə də Azərbaycanda təhsil alan tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin qarşısı alınıb. Bu iş Təhsil Nazirliyi tərəfindən ciddi nəzarətdədir və tam olaraq dayandırılıb”.

Bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bununla belə, bəzi istisnaların olduğunu da bildirib: “Məsələn yaşayış yerinin dəyişilməsi ilə əlaqədar tələbənin köçürülməsi baş verə bilər. Ola bilər ailəsi ilə Rusiyada yaşayıb, orada ali məktəbə qəbul olub, sonradan Azərbaycana köçüblər. Elə tələbə də olur ki, ailə qurub, övladı dünyaya gəlib, bununla bağlı qiyabi təhsilə keçmək istəyir. Belə hallar fərdi qaydada araşdırılır və müvafiq qərar qəbul edilir. Amma bütövlükdə bir ali məktəbdən digərinə köçürülmənin qarşısı alınıb”.


Geri qayıt