Əsas Səhifə > Siyasət, Manşet > HAKİM ELİTA HEYDƏR BABAYEVİ BAĞIŞLAYIB

HAKİM ELİTA HEYDƏR BABAYEVİ BAĞIŞLAYIB


28-05-2012, 14:06
HAKİM ELİTA HEYDƏR BABAYEVİ BAĞIŞLAYIB

KEÇMİŞ NAZİR YENİ YARADILACAQ QURUMA RƏHBƏR GƏTİRİLƏ BİLƏR

DİA.AZ: - Hakimiyyət yeni struktur islahatlarına hazırlaşır. Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərindən belə aydın olur ki, NK-nın nəzdində iqtisadi siyasət dövlət komitəsinin yaradılması nəzərdə tutulub.

Mənbə DİA.AZ-a bildirib ki, bu komitənin yaradılmasında məqsəd ölkənin iqtisadi inkişaf konsepsiyasının hazırlanması və bir sıra istiqamətlərə nəzarət imkanlarının əldə edilməsindən ibarətdir. Hətta Tarif Şurasının da yeni yaradılacaq quruma birləşdirilməsi gözlənilir: «Tarif Şurası əslində toplantı mahiyyətlidir və yeni qurum yaradıldıqdan sonra, Tarif Şurasının bütün funksiyaları İSDK-ya veriləcək».

Qurumun rəhbərliyinə iə süprpiz bir ismin gətiriləcəyini öyrənə bilmişik. Bu barədə danışan mötəbər mənbənin sözlərindən belə aydın olur ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev İSDK-a rəhbər gətiriləcək. Bu isə o deməkdir ki, artıq rəsmi Bakı Heydər Babayevi bağışlayıb.

Çünki gəzən söz-söhbətlərdən də belə aydın olurdu ki, Heydər Babayev «təşəkkürsüzlüyü» («neblaqodarnost») səbəbindən görəvindən alınıb. Mənbəmiz bildirir ki, artıq «yuxarılarla» köhnə münasibətlərini müəyyən mənada bərpa etməyə müvəffəq olan keçmiş nazirin bu günlərdə mətbuata açıqlamasında vurğuladığı «mən hakimiyyətdən vəzifə gözləmirəm» məqamı da qüvvədən düşmüş olur.


Geri qayıt