Əsas Səhifə > Hadisə > CƏLİLABADDA İKİ QARDAŞI BIÇAQLADILAR
CƏLİLABADDA İKİ QARDAŞI BIÇAQLADILAR28-05-2012, 13:10 |
NƏTİCƏDƏ BİRİ ÖLÜB, BİRİ AĞIR YARALIDIR Azərbaycanın Cəlilabad rayonunda dəhşətli qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə mayın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb. Orada yaşayan Fazil İbrahimovun evinə gələn şəhər sakini Mirhəsən Həsənov, orada qonaq olan həmyerliləri Nazim Əsmətov və onun qardaşı Ceyhuna bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş N. Əsmətov orada ölüb, Ceyhunun vəziyyəti isə qənaətbəxşdir. M. Həsənov könüllü olaraq polisə təslim olub və hadisə zamanı istifadə etdiyi bıçağı təhvil verib. Geri qayıt |