Əsas Səhifə > Siyasət, Manşet > İRAN UKRAYNADAKI SOYDAŞLARIMIZA NÜFUZ EDİR

İRAN UKRAYNADAKI SOYDAŞLARIMIZA NÜFUZ EDİR


28-05-2012, 12:50
İRAN UKRAYNADAKI SOYDAŞLARIMIZA NÜFUZ EDİR

FARS AGENTURASININ ƏLİ İLƏ KİYEVDƏ ANTİAZƏRBAYCAN XÜTBƏSİ

DİA.AZ: - Bir neçə dəfə mətbuatda məsələ qaldırılıb ki, İranın xüsusi xidmət orqanları nəinki Azərbaycanda, hətta Azərbaycanın hüdudlarında da soydaşlarımızın inanclı olmalarından sui-istifadə edərək onlardan öz maraqları naminə istifadə etməkdədirlər. Artıq onlarla belə fakt mövcuddur ki, fars-molla rejiminin xəfiyyəsi Rusiyada yaşayan soydaşlarımıza nüfuz etsin, onları öz çirkin niyyətlərində alətə çevirsin.

Daha bir fakta Ukraynada şahidlik etdik. DİA.AZ bildirir ki, keçən həftənin cümə günü Kiyev şəhərində əsasən Azərbaycandan olanların namaz qıldığı «Əhli Beyt Hüseyniyyə» məscidində Elçin Ələkbərov adlı soydaşımız öz ölkəsinin adına İranın antiAzərbaycan ruhlu təxribatçı təbliğat maşını tərəfindən ünvanlanan qarayaxmanı təkrarlaması ilə əslində artıq özünü molla agenturasına təslim etməsini də ortaya qoymuş oldu.

Hər halda, Azərbaycanın bir dövlət olaraq bu kimi nüansları nəzərə alması vacibdir. Əgər iranın Bakıda və digər şəhərlərimizdə antiAzərbaycan fəaliyyəti məhdudlaşdırılırsa, unutmalı deyilik ki, hazırda 3 milyona yaxın vətəndaşımız Rusiya, Ukrayna və digər MDB ölkələrində yaşayırlar. Onların geriyə hansı əhvalda dönmələri də hər halda dövlətçiliyimiz baxımından xüsusi önəm daşıyır.

Beləliklə artıqAzərbaycanı aşağılamağı vərdiş etmiş «abna» portalında yer alan həmin məlumatı diqqətinizə çatdırırıq:

«Ukrayna paytaxtı Kiyevdə ötən cümə günü Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb. Xətib Elçin Ələkbərov xütbədə Azərbaycan Respublikasında keçirilən Eurovision haşiyəsində gey-parad mövzusuna toxunub.

Xətib bildirib ki, Azərbaycam müsəlmanlarının bir neçə ay sürən mübarizəsi sayəsində rüsvayçı gey-parad tədbiri ləğv olunub. Hakimiyyət belə bir tədbirin nəzərdə tutulmadığını iddia etsə də tədbirə yaxın dairələrdən verilən məlumat əksini göstərirdi.

Cümə namazı xütbəsində Eurovision tədbirinə əsasən homoseksualların toplanması və rejimin buna dəstək verməsi pislənilib. İstənilən bir halda gey-paradın ləğvi müsəlmanların qələbəsidir. Xətib Elçin Ələkbərov bu qələbə münasibəilə Azərbayvcan müsəlmanlarını təbrik edib. Xətib bu qələbədə böyük rolu olan din alimlərinə bütün müsəlmanlar adından təşəkkür bildirib».


Geri qayıt