Əsas Səhifə > Hadisə, Manşet > PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİNİN ÖZƏLLİYİ

PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİNİN ÖZƏLLİYİ


27-05-2012, 14:08
PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİNİN ÖZƏLLİYİ

ELDAR NURİYEVİN SÜRÜCÜSÜ QƏZA TÖRƏDİB, QANUNDAN NECƏ YAYINDI?

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Prezident Administrasiyasının şöbə müdiri Eldar Nuriyevin Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan qardaşı oğlu Rövşən Nuriyev iş adamlarından birindən 25 min ABŞ dolları həcmində pul alsa da, müxtəlif bəhanələrlə həmin pulu geri qaytarmır və günü bu gün də sözügedən məsələ həllini tapmayıb. Təbii ki, bu işdə Eldar Nuriyevin daşıdığı vəzifənin müstəsna təsiredici əhəmiyyəti olub. Belə ki, heç bir hüquq-mühafizə orqanı əməkdaşı şikayətçi düşmüş vətəndaşın haqqını bərpa etməsinə məhz Eldar Nuriyevin zəhmindən ehtiyat edərək bərpa edə bilmir.

İndi isə redaksiyamıza Eldar Nuriyevin özü ilə bağlı məlumat daxil olub. Daha doğrusu, dövlət tərəfindən Eldar Nuriyevə ayrılmış maşınla bağlı…

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, 25 may tarixində təxminən saat 15:30 radələrində Bakının Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində bir qəza hadisəsi baş verib: «Qəzanı törədən şəxs isə Eldar Nuriyevə dövlət tərəfindən ayrılmış «90-AA-094» dövlət nömrə nişanlı «Nissan Teana» markalı maşının sürücüsü olub. Yəni Eldar Nuriyevin şəxsi sürücüsü».

Mənbəmiz bildirir ki, PA-ya aid avtomobil həmin ərazidə qoyulan qadağan işarəsinə belə məhəl qoymayaraq yolun əks istiqaməti ilə hərəkət edib: «Əslində Eldar Nuriyevin sürücüsü hər zaman bu cür davranır və hətta yol polisinin əməkdaşları da onu yaxşı tanıdıqlarından heç bir zaman müdaxilə etməyi ağıllarının ucundan da keçirmirlər».

Mənbəmizin sözlərinə görə, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən PA-ya aid maşın «10-GN-959» dövlət nömrə nişanlı BMW markalı avtomobillə toqquşub: «Bu zaman həmin maşının xanım sürücüsü günahsız olmasına baxmayaraq, Eldar Nuriyevin sürücüsü tərəfindən möhkəmcə hədələnib və hətta BMW qəzada günahkar kimi təqdim olunub. Özünün Prezident Administrasiyasında çox yüksəkranqlı bir məmurun sürücüsü olduğunu bildirən Eldar Nuriyevin adamı hətta maşınını əzdiyi xanım sürücüyə hədə-qorxu də gəlib».

Onu da bildirək ki, qəza ilə bağlı məlumatların KİV-ə ötürülməsinin qarşısı da alınıb.

Geri qayıt