Əsas Səhifə > Şou-biznes > RƏQSANƏDƏN XƏNGƏL QONAQLIĞI

RƏQSANƏDƏN XƏNGƏL QONAQLIĞI


17-10-2011, 14:59
RƏQSANƏDƏN XƏNGƏL QONAQLIĞI

SƏBƏBSƏ “SPACE”DƏ QALİB OLMASIDIR

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova "Space" TV-nin efirində yayımlanan "Bermud uçbucağı" verilişində qalib gəlib və olduqca bahalı hədiyyə qazanıb.

Milli.Az xəbər portalının məlumatına görə, verilişdə ilk dəfə iştirak edən, 36 saat ac-susuz və yuxusuz qalan Rəqsanə finala vəsiqə qazanıb. Finalda isə o, həmkarı Emma Ələkbərzadə, Xəyalə Manaflı və aparıcı İlhanaya qalib gəlib.

Finalda olduqca əziyyət çəkən müğənni qalib gələcəyi halda veriliş işçilərinə və qonaq qismində iştirak edən bəzi jurnalistlərə qonaqlıq verəcəyinə söz verdi.

Verilişin rejissoru Arzu Əsgərova isə Rəqsanənin verdiyi sözə əməl edəcəyinə nəzarət edəcəyini deyib.

Qeyd edək ki, sözünə əməl edən Rəqsanə bu gün öz evində yaradıcı heyətə xəngəl qonaqlığı verir.


Geri qayıt