Əsas Səhifə > Cəmiyyət > MƏRKƏZİ BANK YENİ BİNA TİKDİRİR (FOTO)

MƏRKƏZİ BANK YENİ BİNA TİKDİRİR (FOTO)


17-10-2011, 14:46
MƏRKƏZİ BANK YENİ BİNA TİKDİRİR (FOTO)

BU MƏQSƏDLƏ 4 HEKTARA YAXIN ƏRAZİ AYRILIB

Azərbaycan Mərkəzi Bankının yeni binası Heydər Əliyev prospektində 3,2 hektarlıq ərazidə tikiləcək.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu qurumun Kommunikasiya departamentinin rəhbəri Rüfət Abbasov bildirib:

"İnzibati bina Heydər Əliyev prospektində, 3.2 ha sahədə yerləşir. Layihəçi şirkət Avstriyanın COOPHİMMELB(L)AU şirkəti, məsləhətçi şirkət isə AECOM, beynəlxalq şirkətidir. Binanın ortadan atriumla birləşən 32 və 28 mərtəbəli iki qüllədən ibarət olması nəzərdə tutulub. Binanın yeraltı və yerüstü hissələr daxil olmaqla ümumi sahəsi 89,000 kv.m olacaq".

"Artıq ilkin işlər (çalanın qazıntısı, sahədə geoloji quyuların qapanması və mövcud tikililərin söküntüsü) üzrə təkliflər sorğusu metodu ilə tender keçirilmişdir və Azərkörpü ASC şirkəti tenderin qalibi seçilərək hal-hazırda həmin işləri yerinə yetirir. Baş podratçı və fasad şirkətlərinin ixtisas uyğunluğunun ilkin qiymətləndirilməsi keçirilmişdir və şirkətlərin qısa siyahısı tutulmuşdur. Hal-hazırda layihələndirmə işləri və əsas tender sənədlərinin hazırlanması davam etdirilir", - deyə R.Abbasov bildirib.



MƏRKƏZİ BANK YENİ BİNA TİKDİRİR (FOTO)
Geri qayıt