Əsas Səhifə > Gündəm, Manşet > «AVROVİZİYA» GÜNÜNDƏ MARAQLI OLAYLAR

«AVROVİZİYA» GÜNÜNDƏ MARAQLI OLAYLAR


27-05-2012, 11:59
«AVROVİZİYA» GÜNÜNDƏ MARAQLI OLAYLAR

DAMDAKI PİŞİK TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİNİ HƏRƏKƏTƏ GƏTİRİB

DİA.AZ: - Bəli, Azərbaycan öz tarixində ilk dəfə olaraq mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Hər halda, verilən reaksiyalar, xüsusən də Azərbaycanda müxtəlif təxribat planlarının icrasında maraqlı olan qüvvələrin keçirdiyi həyəcan belə deməyə əsas yaradır ki, həqiqətən də kimin nəyi necə qəbul etməsindən asılı olmayaraq, bu yarışma Azərbaycan dövləti üçün ümdə bir hadisə kimi yaddaşlara köçdü. Əslində bu yarışmanın keçirilməsilə bizlər bir dövlət olaraq imtahan da vermiş olduq. İmtahandan yaxşımı çıxdıq, pismi… bu artıq başqa bir mövzudur.

DYP əməkdaşları qisas alacaq

DİA.AZ əməkdaşları isə yarışma günü baş verən maraqlı olayları müşahidə edərək diqqətinizə çatdırırlar. Bildirək ki, burada MARAQLI OLAY dedikdə daha çox diqqətə gələni yarışma başlayar-başlamaz Bayıl qəsəbəsinin həyatdan tam olaraq təcrid olunmasıdır. Qəsəbəyə gedən yolları bağlayan dövlət yol polisinin əməkdaşları hətta Bayıl sakinlərini belə evlərinə buraxmamaları ilə vətəndaşlara əməlli-başlı çilə yaşatmış oldular.

Əsl çiləni isə onların özləri yaşayıb. Bu fikri Bayılda «Avroviziya» günləri «qarovul çəkən» DYP əməkdaşlarından biri DİA.AZ-ın müxbirinə bildirib. Onun sözlərinə görə, yarşım boyunca turistlər üçün işlədiklərindən sosial rifah halları ciddi zərbə alıb. DYP əməkdaşı hətta bildirib ki, yarışmadan sonra sürücülər onlardan inciməsinlər, bu on günün qisasını alacaqlar…

Prezidentin kortecini müşaiyət edərkən qəza olacaqdı

Əməkdaşlarımızın müşahidə etdiklərindən belə aydın olur ki, yarışmanın finalını izləməsi üçün «Bakı Büllur Sarayı»na təşrif buyuran dövlət başçısının kortejini müşaiyət edən mühafizəçi maşınlardan biri havanın yağışlı olması səbəbindən az qala qəza törədəcəkmiş.

Əməkdaşımızın bildirdiyinə görə, son anda qəzadan qurtulan sürücünün profesionallığı da üzə çıxıb. Belə ki, böyük sürətlə saraya aparan döngəyə yaxınlaşan həmin maşın yolun islaq olması səbəbində 1-2 metr məsafədə sürüşsə də, sonradan heç bir hadisəyə nədən olmadan sürücü maşını yığışdırmağı bacarıb ki, belə səhnələri də ancaq «Hollivud» filmlərində görə bilərik.

Gecə saat 3-də qısamüddətli həyəcan

Əməkdaşlarımız bildirir ki, yarışma keçirilən zaman, təxminən gecə saat 3 radələrində «Avroviziya-2012» yarışmasının təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları ora-bura qaçmağa, bir-birilərinə nəsə tapşırıqlar verməyə başlayıblar. Daha sonra Dövlət Bayraq Meydanı ilə üz-üzə olan yenicə təmir olunmuş yaşayış binasının damını təftiş edən təhlükəsizlik qüvvələri təxminən 20 dəqiqəlik ciddi rejimdən sonra yenidən sakitləşiblər.

Yaxınlıqda olan sakinlərdən biri isə əməkdaşımıza bildirib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları binanın damında şübhəli hərəkət edən nəsə müşahidə ediblər. Sonradan isə həmin hərəkət edən obyektin pişik olduğu aydınlaşıb və bununla da həyəcan bitib, normal vəziyyətə qayıdılıb.


Geri qayıt