Əsas Səhifə > Güney Press / Manşet > QAZAXDAN PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI
QAZAXDAN PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI24-05-2012, 17:10 |
![]() ERMƏNİLƏRİN DAĞITDIĞI EVLƏRİN BƏRPASINA AYRILAN PULLAR MƏNİMSƏNİLİR DİA.AZ: - Bir qrup Qazax sakini redaksiyamıza şikayət məktubu ilə müraciət ediblər. Onların şikayətlərindən belə aydın olur ki, Qazax rayon icra hakimiyyəti və rayonun Quşçu Ayrım kəndi üzrə icra nümayəndəsi dövlətin ayırdığı pulları mənimsəməklə məşğuldur. Quşçu Ayrım kəndinin sakinləri adından DİA.AZ-a mürəciət edən Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Nuru Hacıyevin bildirdiklərindən belə aydın olur ki, kəndlərinin cəbhə bölgəsində yerləşdirilməsi səbəbindən hər gün erməni atəşinin hədəfindədirlər: В«Bunun da nəticəsində Quşçu Ayrım kəndindəki evlər tez-tez dağıntıya məruz qalır. Ermənilər kəndi top, qrad, ağırçaplı pulemyotların atəşi altında saxlayırlarВ». Şikayətçilər bildirir ki, bunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən cəbhə bölgəsində düşmən atəşi səbəbindən zərəor görən yaşayış evlərinin bərpası məqsədilə dövlət büdcəsindən pul ayrılıb: В«Amma bu pulu Qazax rayonunun bir qrup işbaz məmuru mənimsəyib. Konkret olaraq Quşçu Ayrım kəndinə gəlincə isə, kəndin icra nümayəndəsi Elman Nəsibov dövlətin ayırdığı pulların hesabına yalnız öz qohum-əqrəbasının evlərini təmir etdirib, yerdə qalanvəsaiti isə mənimsəyibВ». Şikaytəçilərin redaksiyamıza etdikləri müraciətlərində bildirilir ki, Quşçu Ayrım kəndinin narazı sakinləri Qazax rayon icra hakimiyyətinə də şikayətlərini çatdırıblar: В«Bizi qəbul edən icra başçısının birinci müavini Fərman Nağdəliyev evlərimizin bərpasına vəsaitin ayrılması barədə göstəriş versə də, sonradan aldadıldığımızı öyrəndikВ». Məlum olub ki, əslində göstəriş yalnız sözdən ibarət olub və qeyri-rəsmi məlumatlara görə, artıq ayrılmış vəsait işbaz məmurlar tərəfindən mənimsənilib: В«Yalnız öz qohum-əqrəbalarının evlərini təmir ediblər ki, bununla da gözdən pərdə asmaqla məşğuldurlar. Yəni elə bir təəssürat yaradırlar ki, guya bütün evlər təmir edilib. Fərman Nağdəliyevin göstərişindən sonra evlərin bərpası üzrə agentlikdən iki nümayəndə gələrək, təsdiqlədilər ki, həqiqətən də şikayətçi sakinlər haqlıdırlar və onların evləri yaşayış üçün yararlı deyil. Amma onların bu gəlişinin üzərindən 3 ay vaxt keçsə də, hələ heç bir dəyişiklik baş verməyibВ». Artıq bununla bağlı prezident İlham Əliyevə, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya yardım üçün müraciət edəcəklərini bildirən şikaytəçilər yerli icra hakimiyyətinin qarşısında aksiya keçirməyə də hazırlaşdıqlarını qeyd ediblər. Geri qayıt |