Əsas Səhifə > Cəmiyyət > İRANDA BELƏ DÜŞÜNƏNLƏR DƏ VAR İMİŞ

İRANDA BELƏ DÜŞÜNƏNLƏR DƏ VAR İMİŞ


24-05-2012, 13:32
İRANDA BELƏ DÜŞÜNƏNLƏR DƏ VAR İMİŞ

““AVROVİZİYA”NIN KEÇİRİLMƏSİ AZƏRBAYCANIN DAXİLİ İŞİDİR”

İran parlamentarisi, İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici siyasət komisisyasının üzvü Mehdi Sənai son günlər Azərbaycanla İran arasında müşahidə olunan gərginliklə bağlı prosesi şərh edərkən bəzi xarici quvvələrin bu münasibətləri pozmağa çalışdığını deyib. Modern.az bildirir ki, M.Sənai “Avroviziya”nın keçirilməsini Azərbayacanın daxili işi adlandırıb.
“Azərbaycanın bu müsabiqəni öz ölkəsində keçirmək proqramı təbii ki, onun öz qərarı əsasındadır. Amma bu ölkənin əhalisinin şiə olmasına və mədəni xüsusiyyətlərinə diqqət etməklə, ölkədə gərginlik yaradan hərəkətlərin qarşısını almaq zəriridir”-deyə o vurğulayıb.
İran-Rusiya Parlamentlərarası Dostluq Qrupunun sədri olan Sənai digər ölkələrdə də mədəni məsələlərə qarşı həssaslığın olmasını vurğulayaraq, Azərbaycanın İslam ölkəsi olduğu üçün ondakı həssaslığın daha artıq olmasını qeyd edib

“İran Azərbaycanın müstəqilliyinə və onun inkişafına hörmətlə yanaşır. Amma biz heç vaxt bu ölkənin İranın düşmənlərinin bazasına çevrilməsinə icazə verməyəcəyik. Azərbaycan İranın düşmənlərinin bu ölkədə məskunlaşmayacağını rəsmi şəkildə bildirməlidir. Bakı həmçinin, xarici qüvvələrin və İranın düşmənlərinin İran-Azərbaycan münasibətlərindəki bəzi anlaşılmazlıqlardan İran əleyhinə istifadə etmələrinə icazə verməməlidir”.
Sənai İran və Azərbaycanın münasibətlərini hər iki ölkə üçün əhəmiyyətli adlandırıb və bəzi xarici qüvvələrin bu münasibətləri pozmağa çalışdığını deyib. O bildirib ki, “həm Azərbaycanın daxilində, həm də beynəlxalq səviyyədə ABŞ və sionistlər kimi qüvvələr Azərbaycanı İranın əleyhdarları dairəsinə daxil etməyə çalışırlar”.
Mehdi Sənai İranın Azərbaycan üçün regionda ən yaxşı dost olduğunu vurğulayaraq deyib ki, “iyirmi illik təcrübə göstərib ki, İran özünün xarici siyasətində Azərbaycanla münasibətlərə xüsusi mövqe və dəyər verib”.
Deputat İran-Azərbaycan –Türkiyə birgə toplantısının çağırılmasını təklif edib. “Azərbaycan düşmənlərə İran əleyhinə hərbi baza yaratmağa imkan verməməkdən əlavə, gərək regionda təhlükəsizliyə nail olmaq üçün tədbirlər də görsün. İran-Azərbaycan-Türkiyə birgə iclası keçirilməlidir”-deyə Sənai vurğulayıb.


Geri qayıt