Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN DÖVLƏTİNİN GEY-PARAD BURCUTMASI
TEHRAN DÖVLƏTİNİN GEY-PARAD BURCUTMASI24-05-2012, 12:26 |
FARS-MOLLA REJİMİİNİN DAHA BİR TƏBLİĞATI FİASKOYA UĞRADI DİA.AZ: - Bu da son. Artıq Azərbaycan tərəfindən lazımi səviyyədə cavab alan fars-molla rejimi dünənə qədər ölkəmizin və millətimizin üzərinə yeriməsi üçün bəhanə kimi seçdiyi «gey-parad» çərənləməsindən imtinaya vadar olub. Əslində gözlənilən idi də. İstənilən bir çürük və əsassız təbliğatın sonu bu şəkildə də olmalı idi də. Tehran dövlətinin başbilənləri də yaxşı bilir ki, Azərbaycanda belə bir aksiyanın keçirilməsi üçün nə zəmin var, nə də şərait. Hətta mental dəyərlərimiz belə bu kimi aksiyaların baş tutmasını əngəlləməkdədir. Amma bunun əksinə olaraq farsların yaşadıqları ünvanlar daha məqsədəuyğun hesab olunmaqdadır. Hər halda, etdikləri hücumların qarşılığı bu kimi cavablar ola bilər. İndi isə Azərbaycanda hansısa rəngdə nümayişin olmayacağını görən və elan etdikləri vaxtın artıq başa çatdığını anlayan fars-molla mətbuatı öz çürük təbliğatlarından geri çəkilərkən də böhtalarını davam etdirirlər. DİA.AZ-ın «arannyus»a istinadən təqdim edəcəyi aşağıdakı materialdan da aydın olur ki, artıq molla mətbuatı apardığı təbliğatın fiaskoya uğradığına tam əmindir: «Bakı dövləti homoseksualların paradının təşkil edilməsi barədə bir tərəfdən sionistlərin təzyiqi, bir tərəfdən də xalqın kəskin reaksiyası və beynəlxalq arenada qorxduğundan bu barədə ikili siyasət yeritmək istəyir. Dövlət bir tərəfdən homoseksualların paradına etiraz edənləri həbs edir - son vaxt etiraz edən 11 Sumqayıt dindarının həbsi olub -bir tərəfdən də bu paradın keçirilməyəcəyindən dəm vurur. Halbuki, bu ölkənin bəzi dövlət saytları və homoseksualların ABŞ-da yerləşən qərargahlarının rəsmi saytı Bakı şəhərini bu paradın yeri kimi tanıtmışdır. Hətta, geylərin Bakıya səfər zamanı hansı hotellərdə yerləşdiriləcəyini yazmışdı. Məlumatlara əsasən, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz son mövqeində "Eurovision" müsabiqəsi çərçivəsində hər ilə keçirilən gey-paradı inkar edib. Əli Həsənov jurnalistlərlə müsahibəsində bu mətləbi açıqlamaqla yanaşı deyib: "Kim deyir ki, Azərbaycanda gey-parad keçiriləcək? Azərbaycanda gey-parad dərk ediləsi deyil və onun üçün xüsusi bir məna yoxdur. Gey-paradın "Eurovision" müsabiqəsi ilə heç bir əlaqəsi yoxdur". Sonra o vurğulayıb: "Bizim İslamdan öz anlayışımız var və hamı bunu bilir". Ekspertlər, Azərbaycan rəsmilərinin iddia və ikili rəftarını iki tərəfdən təzyiq altında olmalarından irəli gəldiyini bildirirlər. Onlar bir tərəfdən sionistlərin razılığını cəlb etmək istəyir və homoseksullar qanadı da özlərini gey-parad keçirməyə vəzifəli bilir, buna görə də etirazçıları həbs edir və homoseksualların rəsmi saytlarında yer almış gey-parad barədəki məlumatlardan söz açmırlar. Bir tərəfdən də ölkənin daxilindən və xaricindən son günlər öz yüksək həddinə çatmış xalq etirazlarını, İran xalqının və alimlərinin, əsasən də Təbriz və Ərdəbil sakinlərinin bir səsələ gey-parada etirazlarını azaltmaq üçün müsabiqə çərçivəsində gey-parad keçirilməyəcəyini deməyə məcbur olublar. Geri qayıt |