Əsas Səhifə > Hadisə > JURNALİST ANAR GƏRAYLI YOXA ÇIXIB
JURNALİST ANAR GƏRAYLI YOXA ÇIXIB24-05-2012, 12:14 |
ONUN POLİS TƏRƏFİNDƏN SAXLANILDIĞI EHTİMAL OLUNUR İki gündür ki, gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı yoxa çıxıb. Hadisə baş verən gün onun əynində “sing for democracy” ("Demokratiya naminə oxu") yazılmış köynək, əlində "Nida"nın bukletləri olub. Ehtimal olunur ki, bunlara görə jurnalist "28 May" metrostansiyası yaxınlığında polis tərəfindən saxlanılıb. Ailəsi də onu iki gündür axtarır. Hadisə barədə Daxili İşlər Nazirliyinə, 102 xidmətinə məlumat verilib. Ancaq onun taleyi barədə heç bir məlumat verilmir. Geri qayıt |