Əsas Səhifə > Gündəm, Manşet > «AVROVİZİYA»DAN SONRA QİSAS BAŞLAYACAQ

«AVROVİZİYA»DAN SONRA QİSAS BAŞLAYACAQ


24-05-2012, 12:10
«AVROVİZİYA»DAN SONRA QİSAS BAŞLAYACAQ

HAKİMİYYƏT ADAMINDAN ŞOK ANONİM ETİRAFLAR YALNIZ DİA.AZ-DA!

DİA.AZ: - Neçə müddətdir ki, müxalifət mətbuatı hakimiyyətin «Avroviziya-2012» mahnı yarışmasının ardından qisas əməliyyatına başlayacağı haqda məlumatlar yaymaqdadır ki, bu məsələyə rəsmi dairələrin cavabı gecikmədi. Belə ki, mətbuat qarşısına çıxan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bəyan etdi ki, qisas olmayacaq.

Əslində bu bəyanatın verilməsindən də anlaşılırdı ki, Əli Həsənov baş verəcəklərinin tama əksini anons etməkdədir. Elə bununla bağlı DİA.A-a danışan hakimiyyətə yaxın şəxslərdən birinin söylədikləri də dediklərimizi təsdiqləyir. Bu anonim söhbətin bəzi hissələrini diqqətinizə çatdırırıq:

- Hakimiyyət qisas alacaqmı?
- Deyim ki, bu gün iqtidar düşərgəsində müxalifətə qarşı çox ciddi əsəbililik mühiti var. Əllərində imkan olarsa, bütün müxalifətçiləri həbsxanalara doldurarlar. Amma beynəlxalq təşkilat və xüsusən də «Avroviziya» tədbiri məmurların əsəblərini cilovlamalarına nədən olur.
Qisasa gəlincə isə, bu mütləq olacaq. Çox aqressivdirlər və iç müzakirələrdə bu kimi mövzularda mübahisələr, fikir mübadiləsi tez-tez olur.

- Ən çox hansı qüvvəyə qarşıdır aqressivlik?
- Təbii ki, bu gün ən çox əsəb korlayanı İrandır. Onlar bütün həddləri aşıblar. Burada hakimiyyət müxalifət mətbuatından da dəstək gözləyir. Əslində müxalifət mətbuatı dəstək olmalıdır. Çünki iş artıq daxili siyasət müstəvisində cərəyan etmir. Məsələ tamam fərqlidir. İranın ayətullahlarından göstəriş alan çevrələr birbaşa olaraq Azərbaycan dövlətini hədəfə alıblar. Buna görə də dövlətlə hakimiyyətin fərqinə varıb, bu məsələdə ağıllı mövqe hər bir kəsdən tələb olunur.

- Bəs siyasi müxalifətdə hansı qüvvə iqtidarı daha çox narahat edir?
- Həm AXCP və həm də Müsavat. Amma AXCP-yə qarşı daha böyük nifrət var. Səbəbini bilmək elə də çətin deyil. Ona görə də «Avroviziya»dan sonra cəbhəçilərin təqibi davam edəcək».


Geri qayıt