Əsas Səhifə > Güney Press / Manşet > DYP İŞÇİLƏRİ SAKİNLƏRİ CANA DOYURUB

DYP İŞÇİLƏRİ SAKİNLƏRİ CANA DOYURUB


23-05-2012, 17:24
DYP İŞÇİLƏRİ SAKİNLƏRİ CANA DOYURUB

В«BİRCƏ BU В«AVROVİZİYAВ» BİTSƏYDİ, BİZ DƏ RAHAT OLARDIQВ»

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza müraciət edən bir qrup Bayıl sakini axşam saatlarında evlərinə gedə bilmə imkanlarının olmamasından şikayət etdiklərini bildiriblər. Belə ki, В«Avroviziya-2012В» yarışması səbəbindən saat 19.00-dan etibarən Bayıl qəsəbəsi ilə şəhərin təması kəsilir və bir də gecə saat 2 radələrində avtomobillərin hərəkətinə icazə verilir.

Bununla bağlı narazı olduqlarını bildirən Bayıl sakinləri DİA.AZ-a bildiriblər ki, hər halda, hökumət gec saatda işi qurtaran Bayıl camaatını anlamalı, problemin bir həll yolunu tapmalıdır: В«Biz də yaxşı başa düşürük ki, Azərbaycanda mühüm bir yarışma keçirilir. Amma buna görə, vətəndaşı tapdamaq doğru deyil axı. İşləməyək? O halda ailəimizi nə ilə dolandıraq?В»

Şikayətçilər bildirir ki, göstərilən saatda dövlət yol polisnin əməkdaşları ərəbzəngi kimi onların yolunu kəsir və hər gün eyni qaydada DYP əməkdaşları ilə mübahisə etməli olurlar: В«Elə bil, alnımıza yazılıb. Bizə bildirirlər ki, ümumiyyətlə, işləməyin. Biz də DYP əməkdaşlarına cavab veririk ki, bəs ailəmizi nə ilə dolandıraq? Bunun bir yolu tapılmalıdırВ».

Dünən DYP əməkdaşlarından birini az qala şəxsi maşını ilə tapdalayacağını bildirən Bayıl sakini Murad Əliyev isə artıq əsəblərinin qalmadığını bildirdi: В«Bircə bu В«AvroviziyaВ» bitsəydi, biz də rahat olardıq. Evimizə gedə bilmirik. Bunu Bakıya gələn qonaqlar görmürmü? Əslində belə bir yarışmaya ev sahibliyi edən şəhərin gecə həyatı olmalıdır. Bakıda isə В«AvroviziyaВ» başlayan kimi hamını zorla evlərə doldururlar. Sanki В«Ələddinin sehirli lampasıВ» filmində olduğu kimi, padşah şəhərə çıxanda hamını şəhərdən qovurlar, belə də davranırlarВ».


Geri qayıt