Əsas Səhifə > Siyasət, Manşet > DÜNƏN BAKIDA TERROR HƏYƏCANI YAŞANIB

DÜNƏN BAKIDA TERROR HƏYƏCANI YAŞANIB


23-05-2012, 12:43
DÜNƏN BAKIDA TERROR HƏYƏCANI YAŞANIB

«AVROVİZİYA» ÜNVANI BAYILDA SAKİNLƏR NARAHATLIQ İÇİNDƏDİR

DİA.AZ: - Azərbaycanda əlahiddə marağı olan qüvvələr «Avroviziya-2012» yarımasının keçirilməsini bir fürsət bilərək ölkəmizə qarşı təxribatlarını davam etdirməkdədirlər. Bu yöndə xüsusi olaraq fəallıq edəni İranın nəzarətində olan güclər və Küveytdən dəstək alan vəhabilərdir.

Bildirək ki, hələ yarışmaya qədər Azərbaycanın xüsusi xidmət orqanları hər iki təxribat ünvanına qarşı bir neçə ciddi əməliyyat keçirdi ki, itgisiz başa gəlməyən həmin əməliyyatlar nəticəsində çox təhlükəli qrupların zərərsizləşdirildiyi də məlum oldu. Və bu gün də bu kimi əməliyyatlar keçirilir.

Amma insanlar arasında həyəcanı aradan qaldırmaq heç də asan deyil. DİA.AZ-a verilən məluatlardan aydın olur ki, dünən Bakıda yayılan şaiyələrə görə, Bayıl qəsəbəsində hansısa obyektə qarşı terror aktı törədilməli imiş. Mənbəmiz bildirir ki, bu xəbər Bayıl sakinlərində böyük həyəcan yaratmış, eyni zamanda hüquq-mühafizə orqanlarının da xüsusi rejim yaratması, yayılmış şaiyələri kifayət qədər inandırıcı etdiyindən Bayıl camaatının narahatlığı aradan qalxmaıb.

Bayıl sakinlərindən biri isə redaksiyamıza bildirdi ki, dünən gecə saat 1-2 radələrində dövlət yol polisinin əməkdaşları şübhəli bir maşını təqib etsələr də, ona yetişə bilməyibər: «Ola bilsin ki, həmin şəxsin terror niyyəti ilə əlaqəsi olub. Bəlkə də bu belə deyil. Amma DYP əməkdaşları nömrəsi olmayan həmin «Cip»ə yetişə bilmədilər».


Geri qayıt