Əsas Səhifə > Hadisə > BAKIDA YAŞAYIŞ EVİNƏ BASQIN
BAKIDA YAŞAYIŞ EVİNƏ BASQIN17-10-2011, 11:32 |
QULDURLAR 50 MİN MANAT PUL APARIB Bakıda yaşayış evindən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə İsgəndərovanın mənzilinə açıq qapıdan daxil olaraq onun ağzını və əllərini yapışqan lentlə bağlayıb, sonra döyüblər. Ev sahibini bıçaqla hədələyən quldurlar evdən 50 min manat aparıblar. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulublar. Geri qayıt |