Əsas Səhifə > Partiya > QARADAĞ MƏHKƏMƏSİNDƏN FORMAL QƏRAR
QARADAĞ MƏHKƏMƏSİNDƏN FORMAL QƏRAR22-05-2012, 15:30 |
![]() VİCDAN MƏHBUSU AZADLIĞA BURAXILMADI Mayın 21-də Qaradağ Rayon Məhkəməsi Babək Həsənovun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina edib. Belə ki, o, СЃəzasının üçdə bir hissəsini çəkdiyinə görə azadlığa buraxılması barədə müraСЃiət etmişdi. Onun vəkili Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, məhkəmə Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən “viСЃdan məhbusu” kimi tanınan fəalın müraСЃiətinə formal yanaşıb. Qaradağ məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənov İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqlə bağlı həbs olunub. 2011-ci il avqustun 25-də CM-in 233-cü (ictimai asayişin pozulmasına yönələn tədbirlərin təşkili və ya onlarda iştirak etmə) maddəsilə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, digər “vicdan məhbusu” Bəxtiyar Hacıyevin də vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina edilib. Geri qayıt |