Əsas Səhifə > Cəmiyyət > “İRANLA AZƏRBAYCAN BİR-BİRİLƏRİNƏ TƏZYİQ EDİR”

“İRANLA AZƏRBAYCAN BİR-BİRİLƏRİNƏ TƏZYİQ EDİR”


22-05-2012, 15:09
“İRANLA AZƏRBAYCAN BİR-BİRİLƏRİNƏ TƏZYİQ EDİR”

“SƏRHƏDSİZ REPORTYORLAR”DAN JURNALİST BƏYANATI

“Sərhədsiz reportyorlar” təşkilatı İran hakimiyyətini mayın 2-də bu ölkədə itkin düşmüş iki gənc azərbaycanlı yazar Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı baş verənlərə aydınlıq gətirməyə çağırıb. Onların hər ikisi Tehrandan Təbrizə gələn kimi saxlanılıblar.

Bakıdakı mənbələrin məlumatına görə, onlar küçədə avtobusdan düşərkən 8 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanıblar.

“Biz narahatıq. İran hakimiyyəti F.Hüseyn və Ş.Hacızadə ilə bağlı duruma aydınlıq gətirməlidir. Biz onların niyə tutulması və 20 gündən artıq saxlanması ilə bağlı açıqlama verilməsini tələb edirik”, - bəyanatda vurğulanır.

Azərbaycan XİN-in mətbuat katibi bildirib ki, onlar İranın xüsusi xidməti tərəfindən oğurlanıb.

Gənc yazarların Azərbaycan KİV-də və sosial şəbəkələrdə mədəniyyət, sosium, dil və digər mövzularda yazıları dərc olunur. Onlar iranlı yazıçı Bəhram Sürgünün dəvətilə bu ölkəyə kitab təqdimatına gediblər. Aprelin 29-da Tehranda təqdimat mərasimində iştirak ediblər, mayın 1-də Təbrizə gediblər.

“Sərhədsiz Reportyorlar” qeyd edirlər ki, Azərbaycan hakimiyyəti İran və iranyönlü KİV-də çalışan iki jurnalisti – Anar Bayramlı və Ramin Bayramovu həbs edib. A.Bayramlı “Səhər” telekanalının, digəri isə İslamazeri.az saytının əməkdaşıdır.

Həmçinin hakimiyyət telekanalın sürücüsü Ramil Dadaşovu həbs edib, lakin 3 aydan sonra buraxıb.

“Hər iki ölkə jurnalistlərin girov götürülməsinə son qoymalı, bir-birinə təzyiq üçün onlardan istifadə etməməlidir”, - bəyanatda vurğulanır.


Geri qayıt