Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN SON ÜMİDİ: KÖRPƏLƏR
MİSİR MƏRDANOVUN SON ÜMİDİ: KÖRPƏLƏR22-05-2012, 13:15 |
TƏHSİL NAZİRLİYİ ADINDAN 1-Cİ SİNİF ŞAGİRDLƏRİNDƏN PUL YIĞILIR DİA.AZ: - Keçən ilin sonlarından etibarən çox ciddi zərbələr alan təhsil naziri Misir Mərdanov bir-birinin ardından əlindəki gəlir sahələrini itirdikcə daha da aqressiv olmağa başlayıb. Son olaraq isə orta məktəblərdə buraxılış imtahanları təhsil nazirliyindən alındı və bu istiqamətə nəzarət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. Bildirək ki, illərdir orta məktəblərdə buraxılış imtahanları Misir Mərdanovun əsas gəlir ünvanlarından biri idi. Belə ki, ali məktəblərə qəbul prosesini itirdikdən sonra Mərdanovun işi-gücü attestat alveri idi ki, hətta Bakının mərkəzi rayonlarının bəzilərində bir attestat üçün orta məktəb şagirdlərindən 5-10 min manat arası pul da istənilirdi. Yəni buradan da aydın olurdu ki, Misir Mərdanov orta məktəblərin buraxılışını ali məktəblərə qəbul ilə eyni səviyyədə tutaraq əvvəlki qazancını buraxılış prosesindən götürməkdə idi. Amma illərdir təhsil nazirliyinin qanunsuz addımlarına qarşı mübarizə apardığını gizlətməyən və davamlı olaraq TN-nin fəaliyyətindəki qüsurları açıqlayan TQDK buraxılış imtahanlarını da nəzarətə alması ilə Misir Mərdanovu demək olar ki, ac buraxmış oldu. Amma sən saydığını say, gör fələk nə sayır. Sonuncu sinif şagirdlərini də əldən verən Misir Mərdanovun indi də aşağı sinifdə oxuyanların cibinə girməyə başladığı bir faktdır. Gələn şikayətlərdən də aydın olur ki, Misir Mərdanov hətta birinci sinifi bitirən körpə balaların da əlinə baxmaqdan utanmır. Hər bir şagirddən yerindən asılı olaraq 20 manatdan 100 manata qədər buraxılış pulu yığıldığını iddia edən valideynlərdən biri DİA.AZ-a onu da söylədi ki, bütün pullar mərkəzləşdirilmiş qaydada təhsil nazirliyinə istiqamət alır. Geri qayıt |