Əsas Səhifə > Sosial, Manşet > PARTİYA SƏDRİ AZƏRBAYCANDAN QAÇDI
PARTİYA SƏDRİ AZƏRBAYCANDAN QAÇDI22-05-2012, 12:50 |
“VİJDAN SABİR” BELORUSDAN SİYASİ SIĞINACAQ ALMAĞA HAZIRLAŞIR DİA.AZ: - Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyev dünən ölkəni tərk edərək, Belorusa sığınıb. DİA.AZ-ın "Unikal" qəzetinə istindaən verdiyi məlumatda deyilir ki, partiya sədrinin Azərbaycanı tərk etməsinin səbəbi son dövrlər ona qarşı təzyiqlərin artması, hətta həbsi ilə bağlı xəbərdarlıq edilməsi olub. Mənbənin bildirdiyinə görə, Tanrıverdiyevin Belorusu seçməsinin səbəbi isə elə də qəliz deyil. Belə ki, onun sözügedən ölkədə böyük biznes şəbəkələri olduğu bildirilir. Minskə yerləşməkdə məqsəd həm də ondan ibarətdir ki, biznesini rahat idarə edə bilsin. Mənbə onu da deyir ki, Sabir Tanrıverdiyev artıq Belorus hökmətindən siyasi sığınacaq istəməyə hazırlaşır. Azərbaycan hakimiyyətindəki adamlarla münasibətləri korlanan və bir xeyli müddətdir aralarında ciddi narazılıqların baş qaldırdığı üçün ona Bakıda problem yaranacağını düşünən partiya sədri bəri başdan özünü sığortalamaq üçün belə bir addım atıb. Məlumatda vurğulanır ki, Belorus hökumətinin ona siyasi sığınacaq verib-verməyəcəyi isə sual altındadır. Çünki Minsklə Bakı arasında münasibətlər kifayət qədər yaxşıdır. Hətta bu yaxınlarda Belorusun iqtisadi böhrandan çıxması üçün Azərbaycanın 200 milyon dollar faizsiz kredit verməsi də bunun əyani sübutu kimi qeyd oluna bilər. Qeyd edək ki, sözügedən şəxsin Azərbaycanda da böyük biznes sahələri var. Sumqayıtdakı məşhur maşın bazarı Tanrıverdiyevin əsas gəlir mənbələrindən biri hesab olunur. Bundan başqa, digər biznes sahələri də ona məxsus idi ki, o bu qədər böyük işləri idarə etmək üçün yaxın adamlarından yararlanırdı. Maraqlıdır ki, Sabir Tanrıverdiyev xeyli müddətdir siyasətdədir və yaratdığı Milli Dövlətçilik Partiyası da hakimiyyəti müdafiə edirdi. O birmənalı olaraq bəyan edirdi ki, indiki iqtidarın siyasi kursuna sadiqdir və sonadək də onları müdafiə edəcək. Lakin görünən odur ki, Sabir Tanrıverdiyevlə hakimiyyət dairələri arasında münasibətlər korlanıb. Və bu korlanan münasibətlərin əsas baiskarı da onun özü olub. Vəziyyətin pisləşdiyini və bunun onun üçün heç də yaxşı nəticələr verməyəcəyini görən partiya sədri ölkəni tərk etməli olub. Əks təqdirdə, bunun üçün heç bir zəmin və lüzum yox idi. Geri qayıt |