Əsas Səhifə > Hadisə > SUMQAYITDA “AVROVİZİYA” ƏLEYHİNƏ DİSKLƏR
SUMQAYITDA “AVROVİZİYA” ƏLEYHİNƏ DİSKLƏR22-05-2012, 12:11 |
POLİS DİSK YAYANLARI YAXALAYIB Azərbaycanın Sumqayıt şəhərində dindarlara qarşı xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki “İslam” mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb. Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub. Qeyd edək ki, Bakı və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb. Disklərin İranda hazırlandığı ehtimal edilir. Geri qayıt |