Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İRANA QARŞI «SAVAŞ» AÇIR

HAKİMİYYƏT İRANA QARŞI «SAVAŞ» AÇIR


22-05-2012, 12:01
HAKİMİYYƏT İRANA QARŞI «SAVAŞ» AÇIR

YENİDƏN NƏŞRİNİ BƏRPA EDƏCƏK QƏZETİN ƏSAS HƏDƏFİ TEHRAN OLACAQ

DİA.AZ: - Bir müddət əvvəl nəşrini dayandırmaq zorunda qalan «Savaş» qəzeti bu ayın 28-dən etibarən işıq üzü görməyə başlayacaq. Əldə etdiyimiz məlumatlara görə, hələlik həftədə bir dəfə nəşr olunacaq qəzetin sonradan dövriliyini artıraraq gündəlik nəşrə keçməsi də planlaşdırılır.

DİA.AZ-a daxil olan məlumatlarda o da bildirilir ki, hakimiyyətin çox tanınmış simalarından birinin maliyyələşdirdiyi bu qəzetdə əsas hədəf son zamanlar antiAzərbaycan fəaliyyətini daha da intensivləşdirən rəsmi Tehran olacaq.

Bildirək ki, əvvəlki fəaliyyəti zamanı «Savaş» müxalifyönümlü idi. Mənbəmiz bildirir ki, yenə də eyni kurs qorunacaq: «Bu sırf olaraq bazar marağından irəli gəlir. Lakin əsas hədəf İran mollaları olacaq ki, bununla da hakimiyyət əslində fars-molla rejiminin antiAzərbaycan təbliğat maşınına öz alternativini yaratmış olacaq».

Geri qayıt