Əsas Səhifə > Güney Press / Manşet > ARTUR RƏSİZADƏ MƏXFİ DANIŞIQ MASASINDA
ARTUR RƏSİZADƏ MƏXFİ DANIŞIQ MASASINDA21-05-2012, 17:34 |
![]() İRANLA MÜNASİBƏTLƏRDƏ BAŞ NAZİRİMİZİN HANSI ROLU VAR? DİA.AZ: - Bir müddət əvvəl Azərbaycanın baş naziri Artur Rəsizadənin ünvanına çox ağır ittihamlar səslənsə də, nədənsə bu barədə bütün rəsmi qurumlarımız susdular. Əslində müşahidə olunan susqunluq daha çox deyilənlərin həqiqət olması təəssüratını yaratmış oldu. Xatırladaq ki, Artur Rəsizadə İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu və bildirilirdi ki, bu əlaqədən Azərbaycanın dövlət rəhbərliyinin də məlumatı var. Onu da qeyd edək ki, ilk əvvəl məşhur В«VikiLiksВ» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə bu faktlar yer almışdı və göstərilirdi ki, Artur Rəsizadənin İranla şübhəli əlaqələri var və ehtimal olunur ki, baş nazir Azərbaycanı İranın da dövlət rəhbərliyinin iştirakçısı olduğu narkotranzit əməliyyatında təmsil edir. Təbii ki, belə bir açıqlama başqa bir ölkədə böyük ajiotaj yaradar və ittiham hədəfi nəhayətdə ən yumşaq variantda istefaya göndərilərdi. Hətta həbs belə mümkün idi. Amma burası Azərbaycandır və artıq bizlər də ayağında yüzlərlə cinayəti olan məmurun illər uzunu görəv başında qalmasına vərdiş etmişik. Son günlər isə Azərbaycanla İranın münasibətlərində az qala müharibə şəraiti hökm sürməkdədir. Keçən ilin sonlarına yaxın hətta Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İrana səfər edərək münasibətləri yoluna qoymağa da çalışdı. Amma alınmadı. Əli Həsənovun İrandan əliboş dönməsi sonradan fars-mola mətbuatının Azərbaycanın üzərinə daha da iri addımlarla yeriməsilə də təsdiqlənmiş oldu. Bütün bunları DİA.AZ-a xatırladan Nazirlər Kabinetindəki məlumatlı mənbəmiz bildirir ki, indi də işə baş nazir Artur Rəsizadə cəlb olunub və İranla məlum əlaqələrindən də istifadə edən Artur Rəsizadə rəsmi Tehranın Azərbaycana qarşı olan aqressiyasını azaltmağı qarşısına məqsəd kimi qoyub. Əslində bu, baş nazirin məqsədi yox, onun boynuna qoyulan öhdəlikdir. Məlumatı verən mənbə iddia edir ki, rəsmi Bakı ilə fars-molla rejimi arasında danışıqların baş tutmasında əsas maraqlı tərəflərdən biri də Putin administrasiyasıdır. Və hətta danışıqların Kremlin təşəbbüsü ilə ərsəyə gəldiyi də söylənilir. Mənbəmizin bildirdiyinə görə, yaxın günlərdə Artur Rəsizadənin İrana rəsmi səfəri də nəzərdə tutulub: В«Ola bilsin ki, bu səfərin mahiyyəti dəyişsin və protokoldankənar olsun. Amma istənilən halda Rəsizadə Tehrana gedəcəkВ». Geri qayıt |