Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYITDA TAM DƏRƏBƏYLİKDİR
SUMQAYITDA TAM DƏRƏBƏYLİKDİR21-05-2012, 16:41 |
![]() ÖZÜNÜ DƏRƏ BƏYİ KİMİ APARAN İCRA BAŞÇISININ KÖKŞ ALVERİ DİA.AZ: - Sumqayıtda vəziyyət yenidən gərginləşib. Söhbət sıravi vətəndaşlara tutulan divandan gedir. Artıq bu barədə redaksiyamıza bir neçə şikayət xarakterli müraciət daxil olub. DİA.AZ-ın elektron poçtuna ünvanlanan müraciətlərdən belə aydın olur ki, Sumqayıtda qəzet köşklərinə qarşı az qala savaşa çıxan icra hakimiyyətinin başçısı Eldar Əizovun əsl məramı indi-indi aydın olub. Bu barədə məlumatı verən şikayətçi bildirir: В«Sumqayıt şəhərində yerləşən qəzet köşklərini yığışdırıb, yerlərində çayxana və digər obyektləri inşa etdirirlər. Məsələn, Sumqayıtın Heydər Əliyev küçəsində əvvəllər 4 qəzet köşkü var idi ki, hamısı Eldar Əzizovun gəlişindən sonra yığışdırıldı. Bütün köşklərin yerində isə obyektlər tikilməkdədirВ». Şikayət müəllifləri bildirirlər ki, baş verən özbaşınalıqlarla bağlı yerli icra strukturlarına dəfələrlə müraciət ediblər: В«Bizə bildirirlər ki, guya qəzet köşkləri Sumqayıtın görkəmini pozurmuş. Belə şeymi olar? Bütün dünyada qəzet kökşləri var və heç bir ölkədə köşklərə belə bir aqibət yaşadılmır və köşklərin yığışdırılması bu şəkildə izah olunmurВ». Şikayətçilər bildirir ki, onlara icra hakimiyyətindən bu cavabı verəndə onlar da öz əks-arqumentlərini qoyublar: В«Biz də bildirdik ki, bəs köşklərin yerində inşa edilən dükan və macazalar şəhərin görkəmini pozmurlar? Biz bunu deyəndə icra başçısının adamları bizə ancaq söyməklə cavab verdilərВ». Bir başqa şikayətçi isə bildirir ki, 1995-ci ildən В«AzərmətbuatyayımВ»ın Sumqayıt şöbəsində fəaliyyət göstərib. İndi onun da işlədiyi köşkü icra başçısı plana salıb: В«Prezidentin göstərişi ilə Sumqayıta 20 ədəd yeni kökş verilsə də, həmin köşkü Eldar Əzizovun adamları 17 min manatdan satışa çıxarıblar. Bizim bu qədər pulumuz hardandır?В» Bir sözlə, Sumqayıtda durumun acınacaqlı həddə olmasından gileylənən şikaytəçilər icra başçısının özbaşınalığı səbəbindən etiraz aksiyalarına da əl atacaqlarını bildiriblər. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |