Əsas Səhifə > Güney Press / Manşet > MİLLİ PARKDA HƏYATA KEÇİRİLƏN TALAN

MİLLİ PARKDA HƏYATA KEÇİRİLƏN TALAN


21-05-2012, 16:23
MİLLİ PARKDA HƏYATA KEÇİRİLƏN TALAN

BULVAR İDARƏSİ ƏHALİNİN CİBİNİ NECƏ BOŞALDIR?

DİA.AZ: - Artıq Dənizkənarı Milli Park - hamımızın bulvar kimi tanıdığımız istirahət məkanının ərazisi daha 7 kilometr uzunluğunda böyüdüyündən paytaxt sakinləri üçün sözügedən ünvan əvəzedilməz hesab oluna bilər. Xüsusən də yorğun iş həftəsinin ardından kifayət qədər rahat şəraitə malik olan bulvar ərazisi Antalya, Yesuntuki kimi bahalı yerlərə gedə bilməyənlərimiz üçün gözəl fürsətdir.

Amma ilk baxışdan belə görünür. Hər halda, Milli Park ərazisindəki istirahət obyektlərinin və atraksionların istifadə müqabilində təklif edilən qiymətləri hər kəsdə belə bir təəssürat yaradır ki, В«elə Antalyaya getsəydik, bundan ucuz başa gələrdi»…

Təbii ki, valideynləri bulvara dartan körpələrinin dincəlmə həvəsidir. Və bu gün Milli Park ərazisində bir valideynin öz körpəsinin əyləncəsini təşkil etməsi üçün bir dəfəyə ən azından 50 manat pul lazımdır. Diqqət yetirin, aylıq maaşı 200 manat olan valideynlər elə bütün qazanclarını yalnız bir uşağın həftədə bir dəfə təşkil olunan əyləncəsinə xərcləyə bilərlər. Biz hələ onu demirik ki, ailədə uşaq sayı çox ola bilər və ümumiyyətlə, aylıq qazanc elə 50 manat həcmində ola bilər.

Hər halda, bulvar ərazisində karusellərin, yellənçəklərin qiymətlərinin həddindən artıq baha olması məsələsi dəfələrlə qaldırılsa da, kimsə bulvar idarəsinin rəhbərliyinə təsir gücündə olmadığından, valideynlərin giley-güzarı elə özlərinə qalır.

Bununla bağlı DİA.AZ-a şikayətlənən valideynlərdən biri bildirdi ki, hətta bulvar idarəsi rəhbərliyi park ərazisində divarlara belə bir elan da vurub ki, əgər atraksionlardakı qiymət baha olarsa, dərhal onları xəbərdar edək: В«Bir neçə dəfə bu barədə xəbərdarlıq etmək üçün göstərilən telefon nömrəsinə zəng etsəm də, yalnız söyüş eşitmişəm. Bu nə tərbiyəsizlikdir?В».

Şikaytəçi vətəndaş onu da bildirdi ki, əgər hökumət bulvardakı qiymətlərə nəzarət edə bilmirsə, bunu aşkar surətdə hamıya elan etsinlər: В«Mən başa düşə bilmirəm, bulvar Azərbaycan toprpağı hesab olunmur? Nədən bu idarənin rəhbərliyinə bu qədər səlahiyyət tanınıb ki, indi o da kimsəni eşitmir?В»

Onu da bildirək ki, ən acınacaqlı durum bulvar ərazisində yerləşən “Park Bulvar”dadır. Bu obyektdə qiymətlər o qədər bahadır ki, hansısa sıradan vətəndaş üçün “Park Bulvar”a daxil olmaq sanki bir xəyaldır.


Geri qayıt