Əsas Səhifə > Hadisə > POLİS BAKIDA ƏMƏLİYYAT KEÇİRİB
POLİS BAKIDA ƏMƏLİYYAT KEÇİRİB21-05-2012, 12:09 |
TUTULANLAR ARASINDA BİR JURNALİST DƏ VAR Mayın 20-si saat 19-20 radələrində metronun “Memar Əcəmi” satnsiyası ilə 3-cü mikrararoyon dairəsi arasında yerləşən “Killer” kişi geyimləri mağazasına gələn polis əməkdaşları “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevi, mağazanın meneceri Valeh Məmmədağaoğlunu, satıcı Qurban Əlibalaoğlunu və 3 müştərini saxlayıblar. Müştərilərdən birinin adının Cavid olduğu xəbər verilir. “İslamazeri.az” xəbər verir ki, həmin gün “Killer” mağazasının yaxınlığındakı “Müntəzir” çay evinə də gələn polis əməliyyatçıları “Əhli-Beyt” məddahı kimi tanınan Məşədi Natiq Əhmədovu zorakılıqla aparıblar. Çay evinin 3 işçisi və digər 2 müştəri də tutulub. “Müntəzir” çay evində həbs edilənlər Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə aparılıb. Onlar izahatları alındıqdan və sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar. “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevin və onunla bir yerdə tutulanların aqibəti hələ ki, naməlumdur. Geri qayıt |